Yuxarı

Bakı Orta Asiyaya qapıdır: qazax və türkmən qazı da... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Qaz Dəhlizinin Məşrəvət Şurasının toplantısı ölkəmizin regional müstəvidə siyasi mövqeyinin güclənməsi, xüsusilə Avropa ilə sıx enerji əməkdaşlığın göstəricisidir.

Axar.az xəbər verir ki, bu sözəri politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, bu enerji, siyasi əməkdaşlığı da özündə ehtiva edərək, Qərbin Azərbaycana siyasi-iqtisadi dəstəyinin inkişafına zəmin yaradır:
“ABŞ da Azərbaycanın enerji siyasətinə yaxından dəstək verir, öz nümayəndəsini göndərir. Azərbaycan Avropanın enerji diversifikasiyasında mühüm rol oyanayan ölkədir. Cənub Qaz Dəhlizi və onun seqmentləri olan TANAP və TAP layihələri 2020-ci ildən başalayaraq Avropaya ildə 16 mlrd kub. qaz ixrac edəcək. Hazırda Cənub Qaz Dəhlizi boru kəmərinin çəkilişi başa çatıb, Türkiyəyə qaz ixrac edilir. TANAP və TAP-da işlər yekunlaşmaq üzrədir".

Politoloq qeyd edib ki, ildən-ilə bu qaz ixracı artacaq və təkcə "Şahdəniz-2" qaz-kondensat yatağından hasil edilən qazla məhdudlaşmayacaq:

"Mərkəzi Asiya qazının bu kəmərlə Avropaya nəqli istisna edilmir".

Politoloq vurğulayıb ki, Türkmənistan və Qazaxıstanın Cənub Qaz Dəhlizinə qoşulmasına əngəl olan əsas ölkə Rusiyadır:

"Məhz rəsmi Kreml Qərbin Xəzər regionunda enerji siyasətinin qarşısının alınmasına çalışır. Rusiya Avropanın əsas qaz ixracatçısıdır. Rusiyanın Türkiyə vasitəsi ilə "Türk axını" və Almaniya ilə birgə "Şimal axını-2" qaz kəmərləri Avropaya qaz ixracını nəzərdə tutmaqla yanaşı, bu ölkələrə əsas təzyiq rıçaqıdır. Ona görə də Avropa Rusiya qazından imtina etmək üçün enerji şaxələndirməsi siyasəti aparır. Rusiya isə mümkün qədər buna mane olmağa çalışır".

Politoloqun sözlərinə görə, Bakıda keçirilən Məşvərət Şurasının siyasi-iqtisadi əhəmiyyəti olduqca yüksəkdir və bu Mərkəzi Asiyanı da əhatə edir:

"Şərqi Aralıq dənizində və İsraildə kəşf olunan qaz yataqlarının hasilindən sonra Avropa Rusiya qazından tam imtina edəcək. Göründüyü kimi, Avropaya qaz ixracı, enerji bazarı uğrunda rəqabət getdikcə yeni mərhələyə qədəm qoyur. ABŞ və Avropa bu məslədə Azərbaycana dəstək verməklə, ölkəmizin uzun illər qitənin enerji təminatına da rol oynamasına şərait yaradacaq. Bu da Azərbaycanın Avropaya inteqrasiya prosesini gücləndirəcək".

Tarix
2019.02.20 / 23:33
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla