Yuxarı

Məmmədyarov və Mnatsakanyan niyə görüşməlidir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin təkrar-təkrar görüşməsinə ehtiyac yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, görüş Ermənistanın mövqeyində hər hansı dəyişiklik olduğu zaman baş tuta bilər:

“Ancaq Münhen konfransı öncəsi Ermənistan tərəfinin verdiyi açıqlamalar, bəyanatlar sübuta yetirdi ki, indiki şəraitdə təmasın davam etdirilməsi üçün hər hansı əsas yaranmayıb. Əsas olmadığı təqdirdə isə şübhəsiz ki, danışıqlar masası arxasına oturmağın hər hansı mənası yoxdur. Daha öncə də Azərbaycan prezidenti və Ermənistan baş nazirinin Davosda 1 saat yarım davam edən qeyri-rəsmi görüşü böyük rezonans doğurmuşdu. Paşinyanın əleyhdarları bu hadisədən sonra ona qarşı sərt mövqedən çıxış etməyə başladı. Ola bilsin ki, Ermənistan Xarici İşlər Nazirliyinin belə bir görüşə cəhd etməməsinin səbəblərindən biri də Ermənistanın daxilində onların əleyhinə olacaq növbəti kampaniyaya rəvac verməmə ehtimalından qaynaqlanır”.

E.Mirzəbəyli vurğulayıb ki, Azərbaycanın Ermənistan tərəfi ilə hazırda görüşməsinə ehtiyac yoxdur:

“Həmsədrlər Bakıya gələndən sonra Ermənistanın mövqeyinin nədən ibarət olması, danışıqlar prosesinin davam etdirilməsinə əsas olub-olmaması, yeni hər hansı formada mövqe dəyişikliyinin baş verib-vermədiyi aydın olacaq. Düşünürəm ki, əgər yeni bir məsələ ortaya çıxacaqsa, Ermənistanın mövqeyində dəyişiklik əmələ gələcəksə, danışıqların ən azı intensivləşməsi üçün zəmin olacaqsa, o zaman həmsədrlərin Bakıya səfərindən sonra bu və ya digər şəkildə görüşlərin baş tutmasının şahidi ola bilərik. Əks təqdirdə ölkəmiz danışıqlarda vaxt itirməsinə ehtiyac olmadığını göstərəcək”.

Tarix
2019.02.21 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla