Yuxarı

Akademikə qarşı çirkin oyun: “Zərif-zəif qadın” obrazı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Azərbaycan Dillər Universitetinin keçmiş dekanı Vüsalə Ağabəyli və keçmiş əməkdaşı Pərvin Mürsəlova universitetin təkcə rektoru ilə bağlı deyil, burada çalışan ayrı-ayrı şəxslərlə də bağlı qarayaxma kampaniyası aparır.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı danışan tanınmış jurnalist, media eksperti Zeynal Məmmədli bildirib ki, bəzi saytlarda çıxan yazılarda tərəflərdən biri haqsızlığa uğrayan, əzilən kimi qələmə verilir.

“Sanki qarşıdurmanın iştirakçıları zəif gənc qadın – keçmiş dekan (olay irəlilədikcə daha 2 qadın ortaya çıxır) və güclü, qüdrətli, həm də ağsaqqal bir kişidir – rektor. Belə yanaşmanın hədəfi aydındır: Olay nə olur-olsun, qoy güclü kişi və zəif-zərif qadın qarşıdurması kimi qavransın və oxucu qadının taleyinə acısın. Beləcə, adi bir olayı qalmaqala çevirib münaqişə təsəvvürü yaransın.

Çox qeyri-peşəkar yanaşmadır, mentalitet özəlliklərimizdən də faydalanıb, duyğu istismarına yönəlib. Nəticədə olayın mahiyyəti ya arxa planda qalır, ya tam önəmsizləşir”.

ADU-nun rektoru, akademik Kamal Abdullanın fəaliyyətindən söz açan ekspert onun gətirdiyi yenilikləri xatırladıb:

“Onun hələ Bakı Slavyan Universitetində rektor olduğu müddətdə bir neçə uğuruna indiyədək qibtə edirəm. Birincisi, “Filoloqun kitabxanası-100” silsiləsindən çox qiymətli elmi əsərləri orijinaldan tərcümə etdirib kitab şəklində nəşr etdi. Universitet kitabxanasını zənginləşdirdi. Kitab həmin universitetin vizit kartına çevrildi. İkincisi, jurnalist tələbələrə neçə-neçə qiymətli dərsliklər nəşr edildi. Üçüncüsü və ən başlıcası, rektor-tələbə, müəllim-tələbə ünsiyyəti məhz gərəkən səviyyəyə yüksəldildi. Rektoru dost sifətində görmək tələbələrin adi özəlliyinə çevrildi. Dördüncüsü, qara piar aparan xanımların “xəlifə-qulam” adıyla aşağıladığı unikal bir təşəbbüs baş tutdu – tələbələr, yanılmıramsa, ildə bir dəfə rektor və dekan vəzifələrini icra etdilər. Başqa sözlə, önəmli məsələlərə, öz tələbə talelərinə qərarvermə məsuliyyətinə yiyələndilər və s. Saymaqla bitməz. Görünür, indi “üsyan bayrağı qaldıran” xanımlar yanaşı universitetdən xəbərsiz olublar”.

Qeyd edək ki, bəzi media orqanları məsələni birtərəfli qaydada işıqlandırmaqla qeyri-peşəkarlığa yol verirlər. Onlar iki xanımın ADU-ya və onun rəhbərliyinə qarşı ittihamlarını dərc edərək, yazının sonuna “qarşı tərəfinin də mövqeyini işıqlandırmağa hazırıq” cümləsini əlavə edirlər və bununla özlərini məsuliyyətdən xilas etməyə çalışırlar. Halbuki qarşı tərəf, yəni Azərbaycan Dillər Universiteti dəfələrlə bəyanat yayaraq, mediaya, ictimaiyyətə açıq olduğunu elan edib. İstənilən şəxs bu universitetə gedərək, tələbələrlə, müəllimlərlə görüşüb, məsələnin mahiyyətini öyrənə bilər.

Onu da vurğulayaq ki, media Kamal Abdulla kimi nüfuzlu bir şəxsə qarşı səsləndirilən bu cür ittihamlarda xüsusi həssaslıq nümayiş etdirməlidir. Çünki Kamal Abdulla sıradan bir rektor deyil, Azərbaycanın görkəmli alimi, böyük ziyalısı və dünya səviyyəli yazıçısıdır, ittihamları səsləndirən isə ictimaiyyətin dünənə qədər tanımadığı, alim və təşkilatçı kimi heç bir uğuru olmayan şəxsdir. Əlbəttə, bu ittihamlar ona görə tirajlanır ki, qarşı tərəf çox nüfuzlu şəxsdir. Məhz elə buna görə də media Kamal Abdulla ilə bağlı məlumatları tirajlayarkən məsələni araşdırıb, təfərrüatına varmalı, ittiham səsləndirilən insanın miqyasını, ictimai nüfuzunu, avtoritetini nəzərə almalıdır. Bəzilərinin Kamal Abdullanın mediaya və sözə çox tolerant yanaşmasına sığınıb, tiraj və şou xatirinə bu cür addım atması qətiyyən doğru deyil və ciddi hüquqi məsuliyyət yaradır. Media qurumları özlərini cavabdeh tərəfə çevirməməli, məhkəmə iddiasının hədəfi olmamalıdır.

Tarix
2019.02.21 / 15:56
Müəllif
Aqşin
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla