Yuxarı

Meriya mitinqə buna görə icazə vermədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düşünürəm ki, burada məqsəd hansısa hüquqları məhdudlaşdırmaq deyil, tam əksinə, ümumi ictimai mənafeyi təmin etməkdir.

Bu sözləri Axar.az-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Milli Şuranın fevralın 23-nə təyin etdiyi mitinqlə bağlı qərarı haqda danışan millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, Azərbaycan demokratik ölkədir və ən müxtəlif siyasi dünyagörüşün daşıyıcıları olan fərdlər və təşkilatlar öz fikirlərini sərbəst şəkildə ifadə edə bilirlər:

“Bu, mitinqlər, yazılı bəyanatlar mətbuat və digər vasitələrlə həyata keçirilir və bütün demokratik ölkələrdə də belədir. Yalnız mitinqlər şəklində kütləvi tədbirlərin keçirilməsində israr edənlər varsa, o zaman gərək onlar mütləq ictimai asayişin qorunması, digər ictimai maraqlarla bağlı mənafelərin təmin olunmasını da nəzərə alsınlar. Təəssüf ki, bəzən bizdə belə məsələlərə diqqət yetirilmir, mitinqlər zamanı qanunun tələbləri və ictimai asayiş pozulur. Bu da digər vətəndaşlarda haqlı narazılıq yaradır. BŞİH də bu nüansları nəzərə alaraq mitinqə icazə verməyib. Düşünürəm ki, burada məqsəd hansısa hüquqları məhdudlaşdırmaq deyil, tam əksinə, ümumi ictimai mənafeyi təmin etməkdir”.

Millət vəkilinin sözlərinə görə, bundan əvvəlki mitinqlə bağlı xeyli qanun pozuntusu faktları var və onların araşdırılması, təkrar olunmaması üçün müvafiq tədbirlər görülməlidir:

“Ona görə də elə bir xüsusi ictimai sifariş olmadan mütləq mitinq keçirməyə cəhd etmək də doğru deyil. Hazırda çoxlu informasiya və internet resursları var ki, onlar vasitəsi ilə istənilən müxalif fikri geniş auditoriyaya kütləvi şəkildə çatdırmaq olur. Böyük şəhərlərdə ictimai ahəngdarlığı pozmamaq üçün belə yeni metodlardan istifadə etmək daha məqbul hesab edilə bilər”.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın fevralın 23-nə təyin etdiyi mitinqə icazə verməyib.

Tarix
2019.02.21 / 23:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla