Yuxarı

İranda bayrağımızın davasını edən 11 yaşlı çempion danışdı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikasında qatıldığı yarışda Azərbaycan bayrağının erməni bayrağından aşağıda asılmasına etiraz edən və istəyini reallaşdıran Zəhra Salmanlının Axar.az-a müsahibəsi:

- Əvvəlcə, özündən danışaq: balaca çempionumuz kimdir?

- 2008-ci il avqustun 31-də Bakı şəhərində doğulmuşam, amma əslən cəlilabadlıyıq. Hazırda 95 nömrəli tam orta məktəbin 5-ci sinfində təhsil alıram.

- Neçə ildir karate ilə məşğul olursan?

- Lap kiçik yaşlarımdan məndə bu idman növünə maraq yaranıb. 3 ildir karate idman növü ilə məşğul oluram.

- Bu vaxta qədər hansı yarışlara qatılmısan və neçə medalın var?

- 3 il ərzində Respublika üzrə keçirilən, həmçinin beynəlxalq - Heydər Əliyevin 95 illiyinə həsr olunan və bir də İrandakı artıq sizə bəlli olan yarışda iştirak etmişəm. 28-dən çox medalım var.

- Neçəsi qızıl medaldır?

- Saymamışam.

- İrandakı yarış nə vaxt keçirilib?

- Karate üzrə beynəlxalq yarış 2019-cu il fevralın 8-dən 10-na qədər Tehran şəhərində keçirilib.

- İndi də məşhur hadisəni sənin dilindən eşidək. Necə oldu ki, bayrağımızın erməni bayrağından aşağıda asılmasını sezdin və buna necə etiraz etdin?

- Yarışın keçirildiyi zala daxil olanda əlbəttə, gözüm bayrağımızı gəzdi və gördüm ki, bizim bayrağımız Ermənistan bayrağının altında asılıb. Əvvəlcə nənəmə dedim. Onunla zaldakı hakimin yanına getdik və etirazımı bildirdim. Dedim ki, bayrağın yeri dəyişdirilməsə, yarışa qatılmayacağam. Sağ olsun, komanda yoldaşlarım da mənə dəstək oldular. Ondan sonra bayrağımızın yerini dəyişərək, layiq olduğu yerə asdılar.

- Bayrağımızın yerinin dəyişdirilməsini əks etdirən videonu kim çəkib?

- Bayrağımız başqa yerə asılanda nənəm telefonla videoya çəkdi. Bura gələndən sonra əmimgil Feysbukda paylaşdı. Daha sonra isə bu video hər yerdə yayıldı.

Redaksiyadan qeyd: Xüsusi olaraq vurğulayaq ki, videoda Ermənistan bayrağının tərsinə asıldığı da məlum olur. Belə ki, tərsinə erməni bayrağı Kolumbiya bayrağının rəngləri ilə üst-üstə düşsə də, rənglərin tutduğu həcm və sarı rəngin çaları başqadır və Kolumbiya bayrağını dərhal fərqləndirir. Ona görə də görünən Kolumbiya bayrağı deyil, məhz tərsinə asılmış erməni bayrağıdır.

Tarix
2019.02.22 / 16:12
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla