Yuxarı

Rusiya səfirliyinə ayaqqabı atan danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda Rusiya səfirliyi qarşısında Moskva vətəndaşı İqor Şerbakovun ölümündə şübhəli bilinərək saxlanılan Orxan Zeynalova qarşı aparılan kampaniyaya etiraz olaraq aksiya keçirilib.

"Axar.az"ın "İnterfaksa" istinadən verdiyi məlumata görə, səhər saatlarında aksiya yerinə Azərbaycanın Beynəlxalq diaspora mərkəzi qeyri-hökumət təşkilatının iki fəalı yaxınlaşıb və toplaşan jurnalistlər arasında qətnamə yayıblar.

Daha sonra özünü Qarabağ müharibəsi veteranı kimi təqdim edən bir nəfər səfirliyin qarşısına gələrək, etiraz əlaməti olaraq ayaqqabısının bir tayını səfirlik istiqamətinə atıb. Polis müdaxiləsi nəticəsində həmin şəxs ərazidən uzaqlaşdırılıb.

"Axar.az"ın əldə etdiyi məlumata görə, Rusiya səfirliyinə ayaqqabı atmış şəxs 20 Yanvar əlili, Qarabağ müharibəsi veteranı, Çeçenistanın milli qəhrəmanı Arif Məhərrəmov olub.

Arif Məhərrəmov saytımıza verdiyi açıqlamada Rusiya səfirliyinə etiraz məqsədinin dinc şəkildə olduğunu dedi və səfirliyə ayaqqabı atmaq məqsədinin olmadığını bildirdi:

"Mən ora gec gedib çıxdım. Jurnalistlər məni görən kimi ətrafıma toplaşdılar. Bunu görən polislər mənə qarşı fiziki zorakılıq etdilər və nəticədə yerə yıxıldım. Özümdən çıxdım, ayqqabımın bir tayını götürüb etiraz əlaməti olaraq səfirlik istiqamətinə atdım. Mənim məqsədim rus xalqına yox, rus hakimiyyətinə etirazdır. Amma polislər olduqca qəddar davrandılar. Bundan sonra da məni maşına mindirib döyməyə başladılar. 20-ci polis bölməsinə çatanda özümü itirmişdim. Yenə də sağ olsun bölmə rəisi, mənimlə olduqca mülayim davrandı və onun göstərişi nəticəsində mənə ilkin tibbi yardımı göstərdilər. Bundan sonra halım yenidən pisləşdi və 5 nömrəli xəstəxanaya apardılar. İndi də müalicə alıram".

Qarabağ veteranı həmçinin ayaqqabısının səfirlikdə saxlanıldığını da qeyd etdi: "Xəstəxanadayam, amma ayqqabımın bir tayı yoxdur. Rusiya səfirliyi ayqqabımı götürüb və qaytarmayıb. Güman ki, dəlil-sübut kimi saxlayacaqlar".

Xatırladaq ki, 20-ci polis bölməsinin növbətçi hissəsindən "Axar.az"a verilən açıqlamada Arif Məhərrəmovun bölməyə gətirildiyi məlumatını təsdiqlədilər və bölmədə ona qarşı cinayət işinin açılmadığını bildirdilər.

Tarix
2013.10.18 / 18:34
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Sobçak Rövşən Məmmədovu hədəfə aldı - Video

Makrondan erməni dilində paylaşım: Azərbaycanla sülh...

AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat

Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi

"AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı

Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?

"Aqro Point"in nizamnamə kapitalı yenə azaldı

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Bakı və İrəvanın danışıqları... - Tramp

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla