Yuxarı

Mərakeş mediası: Bakı bu foruma hazırlaşır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərakeşin “Əl-İslah və Ət-Tənmiyə” qəzetində “Mart ayında VII Qlobal Bakı Forumu keçiriləcək” adlı məqalə dərc edilib.

Axar.az xəbər verir ki, məqalədə qeyd edilir ki, Bakı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə dövlət və hökumət başçılarının, din və elm xadimlərinin iştirak etdiyi onlarla siyasi, iqtisadi və mədəni tədbir keçirilib.

Həmin tədbirlərdə önəmli məsələlər müzakirə olunub. BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qərarlarına məhəl qoymayan Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalı kimi problemlərin ədalətli həllinin vacibliyi bildirilib.

Diqqətə çatdırılır ki, Azərbaycan "İslam Həmrəyliyi İli" çərçivəsində siyasətçilərin, din və elm xadimlərinin iştirakı ilə "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfransa ev sahibliyi edib.

Məqalədə bu il mart ayının 14-16-da dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı forumundan söz açılır. Qeyd olunur ki, tədbirdə aktuallıq kəsb edən mövzularda panellər təşkil olunacaq. Forumun əsas panel iclaslarından biri də gənc liderlərin qlobal siyasətdə roluna həsr ediləcək.

Tarix
2019.02.22 / 22:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla