Yuxarı

Bakıdan öyrənəcəyimiz çox şey var - Əfqan general

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan daxili işlər nazirinin siyasət və strategiya üzrə keçmiş müavini, general-mayor Məsud Əhməd Əzizi Report-a müsahibə verib.

Haşiyə: Məsud Əhməd Əzizi Əfqanıstanın siyasi xadimi, strateji təhlükəsizlik sahəsində təcrübəli və uğurlu liderdir. Daxili işlər nazirinin müavini vəzifəsində ən gənc yaşda, eyni zamanda ən uzun müddət çalışan şəxs olub. Həmin vəzifədəykən təhlükəsizlik qurumlarında köklü islahatlar aparmağın qatı tərəfdarı kimi çıxış edib. Gənc yaşında (1983-cü il təvəllüdlüdür) həm nüfuzlu mülki və hərbi beynəlxalq təşkilatlarla, həm də ölkə hökumətində böyük iş təcrübəsi toplayıb.

Axar.az müsahibəni təqdim edir:

- Cənab general, Azərbaycanla Əfqanıstan arasında təhlükəsizlik sahəsində əməkdaşlığı necə dəyərləndirirsiniz?

- Bu əməkdaşlıq xüsusilə də NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” missiyası çərçivəsində mühüm əhəmiyyət daşıyır. Həmin missiya çərçivəsində onlar Əfqanıstanda sülh və sabitliyə töhfə verərək Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinin (ANDSF – Afghanistan National Defence and Security Forces) inkişafı üçün məsləhətlər verir və yardım göstərirlər.

- Azərbaycan “Qətiyyətli dəstək” missiyası çərçivəsində Əfqanıstanda sülhməramlılarının sayını artırıb, həmçinin Əfqanıstan Milli Ordusunun Məqsədli Fonduna da daim kömək edir. Buna münasibətiniz necədir? Əfqanıstanda təhlükəsizlik və sabitliyi gücləndirmək üçün daha hansı işlər görülməlidir?

- “Qətiyyətli dəstək” missiyasında Azərbaycan çox mühüm rol oynayır. Hələ NATO-nun rəhbərlik etdiyi Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri (İSAF) əsas diqqətini döyüş əməliyyatlarından daha çox yardımçı fəaliyyətlərə yönəldəndə boşluq olan sahələrdə mövcud imkanlardan daha geniş yararlanmaq üçün əlverişli fürsətlər yarandı. Azərbaycan kimi ölkələrin Əfqanıstanda sülh və əmin-amanlığı qorumaqda bizə kömək etmələrini istərdik. Əfqanıstan Ordusunun Məqsədli Fonduna yardımlar edən Azərbaycanın ölkəmizdəki sülhməramlı fəaliyyətlərə müsbət təsir göstərdiyi qənaətindəyik və belə yardımsevərliyə görə ürəkdən minnətdarıq.

Azərbaycanda həmçinin "ASAN xidmət" kimi idarəçilikdəki yeni təcrübələr inkişaf etdirilir. Biz də bu təcrübələri öyrənib ölkəmizdə xidmətlərin keyfiyyətini artırmaq üçün tətbiq etməyə çalışırıq. Geosiyasi cəhətdən mühüm bir regionda yerləşən Azərbaycan beynəlxalq və milli siyasət arasındakı müvazinəti çox bacarıqla, ağılla tənzimləyərək öz milli mənafeyini qoruyur. Bu və bir çox başqa məsələlərdə sizdən öyrənəcəyimiz çox şey var.

Eyni dini, çox bənzər mədəniyyəti olan Azərbaycanla Əfqanıstanın əməkdaşlıq əlaqələri böyük tarixə söykənir. Bu amil də ölkəmizə sərmayə yatırılmasına müsbət təsir edə bilər.

- Bəs Əfqanıstan üçün hərbi kadr hazırlığı, yaxud bu səpgili hər hansı təlim işlərində iki ölkə arasında əməkdaşlığı genişləndirmək nəzərdə tutulurmu?

- Azərbaycana təhsil və təlim sahəsindəki hərtərəfli yardımlarına görə minnətdarıq. Məsələn, Azərbaycanın ADA Universiteti müxtəlif ixtisaslar üzrə bir sıra təqaüd proqramlarını həyata keçirəcəklərini bildirib. Bu yaxınlarda NATO baş katibinin müavini xanım Rouz Qotemöllerin də iştirak etdiyi, silahlı qüvvələrdə təhlükəsizlik və mülki nəzarət məsələsinə həsr olunan belə bir tədbirdə olmuşdum.

- Əfqanıstanda beynəlxalq sülhməramlı missiyaya dəstək baxımından Azərbaycanın tranzit rolu barədə fikirlərinizi bölüşərdiniz...

- Bayaq qeyd etdiyim kimi, aramızdakı əməkdaşlığın uzun tarixi var. Regionun mühüm ölkələrindən olan Azərbaycan bu amilə söykənərək bəzi ölkələri sülhə vadar edə, habelə sərmayələr və tranzit sahəsindəki öyrənəcəyimiz çox şey vartöhfələrini artıra bilər. Zəif təhlükəsizliyin başlıca səbələrindən biri də zəif iqtisadiyyatdır. Sərmayələri artırmaqla biz daha çox iş yeri açaraq, daha əlverişli alternativlər ortaya qoyaraq iqtisadiyyatı canlandıra, iqtisadi sabitsizlikdən yaxa qurtara bilərik.

- Gələcəkdə NATO-nun “Qətiyyətli dəstək” missiyası başa çatandan sonra ölkənizdəki sabitliyin gücləndirilməsində Azərbaycanın mümkün töhfələri barədə Əfqanıstanda nə düşünürlər?

- Azərbaycanla əməkdaşlığımız təkcə NATO-nun missiyası vasitəsilə həyata keçirilmir. Azərbaycan həmçinin bizim strateji müttəfiqimizdir. Bundan əlavə, Azərbaycan Əfqanıstana yardım göstərilməsilə bağlı da NATO missiyasının iştirakçısıdır. Yəni Azərbaycanla əməkdaşlığımız təkcə NATO missiyası çərçivəsilə qalmır, Azərbaycan bizim regiondakı tərəfdaşımızdır.

Bu gün ekstremizm və terrorçuluğun hamımızı təhdid edən ümumdünya problemə çevrildiyi bir vaxtda əsas etibarilə müsəlman ölkəsi olan Azərbaycan dini dözümlülüyün gözəl nümunəsini bütün dünyaya göstərir. Bu yaxınlarda Azərbaycana səfərim zamanı ölkənizə çoxlu sayda xarici turistlərin gəldiyinə, çox mehriban ab-havanın olduğuna şahid olmuşdum.

Regionumuzda ekstremizmin geniş vüsət aldığı göz qabağındadır. Ölkələrimizin gələcək əmin-amanlığı və rifahına ciddi təhlükəyə çevrilə biləcək həmin o ekstremist cərəyanlarının qarşısını almaq baxımdan Azərbaycanın bu dözümlülük təcrübəsinin öyrənilməsi böyük əhəmiyyət daşıyır.

Tarix
2019.02.22 / 23:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla