Yuxarı

ABŞ-ın Qarabağa baxışı: “Bolton planı”nın mahiyyəti nədir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ “sülh qarşılığında torpaq” formulunu özündə əks etdirən “Bolton planı” ilə əslində İranın Ermənistan və Azərbaycanın Qarabağ bölgəsi ilə olan sərhədini öz nəzarəti altına götürmək istəyir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloq ümumiyyətlə “Bolton planı” adlı bir həll variantının olmadığını və Cənubi Qafqazda Qarabağ məsələsinin həlli prosesinə qatılmaqla ABŞ-ın öz planlarını həyata keçirmək istədiyini vurğulayıb:

“Son vaxtlar “Bolton planı” anlayışı meydana gəlib. Ancaq burada söhbət heç də Qarabağa dair hər hansı plandan getmir. ABŞ “sülh qarşılığında torpaq” formulunu özündə əks etdirən “Bolton planı” adı altında İranın Ermənistan və Azərbaycanın Qarabağ bölgəsi ilə olan sərhədini öz nəzarəti altına götürmək istəyir. Yəni bu, sırf ABŞ-ın maraqlarını əks etdirən plandır. Fikir verin, əvvəlcə gəlişigözəl ibarələr ortaya atılır, daha sonra bir bağlamada mütəşəkkil formada bir neçə element verilir. Ancaq əsas məsələyə gəldikdə həmin elementlərin ardıcıllığı, həllini tapacaq birinci və ikinci məsələlər açıqlanmır. Əslində, imperiya ruhunda olan ölkələrin beynəlxalq problemlərin həllinə yanaşmaları hər zaman bu cür olub. Bu da istər-istəməz cəmiyyətdə çaşqınlıq yaradır”.

Politoloq bildirib ki, fövqəldövlətlər özlərinə sərf edən planın həyata keçməsi üçün zəmin yaratmağa çalışırlar:

“Bu mənada Boltonun bir müddət öncə regiona gəlişi kəşfiyyat xarakterli bir səfər idi. ABŞ regiondakı vəziyyəti və tərəflərin münasibətini yaxından təhlil edib öz planlarını həyata keçirmək üçün yeni bir format yaratmağı hədəfləyir. Əlbəttə ki, bu zaman sözgəlişi də olsa, Qarabağ problemini dilə gətirməmək olmazdı. Əks təqdirdə ədalətin tərəfində olan Vaşinqton Gürcüstan və Ukrayna ilə yanaşı, Azərbaycanın da ərazi bütövlüyünün bərpasını strateji prioritetləri sırasına daxil edərdi. Bu edilmirsə, demək, ortada böyük bir blef var. Halbuki Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsi də bilavasitə beynəlxalq hüquq sisteminə aiddir. Ancaq görünür, Rusiyanı bütün bazarlardan sıxışdırmaq niyyəti güdən və bu istiqamətdə durmadan strateji planlar üzərində işləyən ABŞ üçün bir nömrəli məsələ heç də bu deyil. Vaşinqton hazırda Rusiyanın Azərbaycan və Ermənistana silah satışında önə çıxması və marketinq mövqelərini gücləndirməsi fonunda dünyada ən çox silah satan imicinə dəyən zərbəni aradan qaldırmağa çalışır”.

Tarix
2019.02.23 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla