Yuxarı

Ərdoğan-Tramp razılaşması nə vəd edir? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə çox mürəkkəb və həssas bir dönəmdən keçir.

Bu sözləri Axar.az-a Tramp-Ərdoğan razılığı barədə danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, Türkiyə Rusiya ilə yanaşı, ABŞ-la da əlaqələri inkişaf etdirməyi hədəfləyir:

“ABŞ-la Türkiyə arasında xarici ticarət dövriyyəsinin 75 milyard dollara çatdırılması gözlənilir. Xarici ticarət dövriyyəsinin artırılması Türkiyə üçün prioritetdir. Türkiyənin bu istiqamətdə kifayət qədər uğurları var və bu uğurların böyük hissəsi ABŞ-la ikitərəfli ticari əlaqələrə daha çox aiddir. Türkiyə məhz bunun hesabına müdafiə qüdrətini artırıb. Üstəlik, Türkiyə ilə ABŞ arasında yüngül sənayedən tutmuş ağır sənaye məhsullarına qədər böyük sahələri əhatə edən ticarət əlaqələri var. Qısası, ABŞ bazarı Türkiyə üçün kifayət qədər əlverişlidir”.

Politoloq ABŞ-Türkiyə yaxınlığının Ankara-Moskva və Vaşinqton-Moskva əlaqələrinə təsirindən də söz açıb:

“Türkiyə son dövrlər Rusiya ilə də əlaqələri yüksək səviyyədə inkişaf etdirir və tərəflər xarici ticarət dövriyyəsini gələcəkdə 100 milyard dollara çatdırmağı hədəfləyirlər. ABŞ-Türkiyə yaxınlığının Ankara-Moskva əlaqələrinə mənfi təsir göstərəcəyini düşünmürəm. Üstəlik, Rusiyanın S-400 raketləri gələn ilin ortalarına doğru Türkiyəyə təslim ediləcək. ABŞ-Türkiyə münasibətləri də məhz bu məsələdə toqquşur. ABŞ həmin raketlərdə yerləşdirilən gizli detallar hesabına NATO hava hücumundan müdafiə sisteminə ciddi zərbə endirilə biləcəyindən ehtiyat edir. Ancaq Türkiyə rus raketlərini almaqda israrlıdır. Bu isə çox ciddi presedent yarada, hətta ən sonda Türkiyənin NATO-dan çıxması ilə nəticələnə bilər. Ona görə də bu problemin yoluna qoyulması ABŞ, NATO və Türkiyənin də marağında olmalıdır. Bu mənada ABŞ və Türkiyə arasında gedən danışıqlar sözügedən mürəkkəb problemlərin həllinə də yardımçı ola bilər”.

Tarix
2019.02.23 / 08:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla