Yuxarı

Hərbçilərimiz Qarsda yüksək peşəkarlıq nümayiş etdiriblər - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyə Respublikasının Qars şəhərində keçirilən beynəlxalq “Qış təlimi-2019”da ölkəmizi layiqincə təmsil ediblər.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Türkiyə Respublikasının Qars şəhərində beynəlxalq “Qış təlimi-2019” çərçivəsində Türkiyənin müdafiə naziri Hulusi Akar və digər ölkələrin təmsilçilərinin yer aldığı Yüksək səviyyəli qonaqlar günü keçirilib. Təlimin yekun mərhələsinin keçirildiyi Yüksək səviyyəli qonaqlar günündə Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev də iştirak edib.

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları çətin relyefli ərazilərdə, qarlı, şaxtalı havalarda döyüş əməliyyatlarının aparılması tapşırıqlarını uğurla yerinə yetirərək, digər ölkələrin bölmələri ilə qarşılıqlı əlaqədə döyüş atışlarını icra ediblər.

Beynəlxalq hərbi təlimdə iştirak edən hərbi qulluqçularımız xidmət yerlərində təntənəli mərasimlə qarşılanıblar.

Mərasimdə Əlahiddə Ümumqoşun Ordu komandanının müavini general-mayor Teymur Eyyubov, Türkiyə Silahlı Qüvvələrinin hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəsi, polkovnik Yusif Gündoğdu və təlimdə iştirak edən polkovnik Tehran Mənsimov çıxış ediblər. Bildirilib ki, təlimin bütün mərhələlərində şəxsi heyətin yüksək peşəkarlıq nümayiş etdirməsi hərbi qulluqçularımızın malik olduğu bilik və bacarıqdan, vətənpərvərlik hisslərindən xəbər verir. Ümumilikdə, 16 ölkənin hərbi qulluqçularının müşahidəçi və iştirakçı qismində cəlb edildiyi təlimdə Azərbaycan və Türkiyə hərbçiləri həmişə olduğu kimi, bu dəfə də yüksək peşəkarlıq nümayiş etdiriblər.

Sonda təlimdə iştirak etmiş heyətlə xatirə şəkli çəkdirilib.

Tarix
2019.02.23 / 19:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla