Yuxarı

Türkiyə ABŞ-la razılaşır: Moskva güzəştə gedəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və ABŞ bu hədəfinə yaxın 5-10 ildə çata bilər.

Bu sözləri Axar.az-a Türkiyə ilə ABŞ arasında əldə olunan 75 milyard dollarlıq ticarət razılaşması barədə danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib.

“Türkiyə ilə ABŞ arasındakı ticarət dövriyyəsi hələlik o qədər də böyük deyil. Türkiyənin Avropa Birliyi ilə əlaqələri daha genişdir, nəinki ABŞ-la. Son illərin statistik göstəricilərini götürsək, ABŞ-la Türkiyə arasında ticarət dövriyyəsi təqribən 10-12 milyard dollar civarında olub. Bəzən bu rəqəm 15 milyard dollara da çatıb. İndi ölkələr arasında bu göstəricinin 75 milyard dollara çatdırılması ticarət həcminin azı 5 dəfə artırılması deməkdir. Bu böyük hədəfi isə qısa zamanda həyata keçirmək mümkün deyil. Əgər Türkiyə və ABŞ bu strateji qərar yönündə bir-birlərini qane edəcək addımlar atarlarsa, yaxın 5-10 ildə hədəflərinə çata bilərlər”, - o bildirib.

Ekspertin sözlərinə görə, bu məsələdə iki ölkə arasında ixracatın istiqamətlərinə də baxmaq lazımdır:

“ABŞ-ın ixracatı Türkiyənin ixracatından təqribən 2 milyard çoxdur. Türkiyənin ABŞ-a ixracatı isə cəmi 5 milyard dollara yaxındır. Ona görə də Türkiyə ABŞ bazarlarına daha çox çıxış əldə etmək istəyirsə, yüksək keyfiyyətli və texnoloji məhsulların bazara çıxarılması yönündə müəyyən işlər görməlidir”.

İqtisadçı onu qeyd edib ki, Türkiyənin ABŞ-la yaxınlaşması Ankara-Moskva əlaqələrinə birbaşa təsir etməsə də, Rusiyada qıcıq doğuracaq:

“Türkiyə Rusiyanın ikinci ən böyük qaz bazarıdır. Əgər Rusiya öz qazını Türkiyəyə satmaq istəyirsə, müəyyən güzəştlərə getməyə məcburdur”.

Tarix
2019.02.24 / 10:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla