Yuxarı

İstanbulda Xocalı tədbiri - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İstanbulda “Palmali” Şirkətlər Qrupu, İstanbul Universiteti və Yeni Çağ Media Qrupu tərəfindən Xocalı soyqırımının anım günü ilə əlaqədar “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçirilib.

Axar.az-ın Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, İstanbul Universitetində baş tutan kampaniya üç dildə (ingilis, türk və rus), əsasən tələbələrdən ibarət könüllülər tərəfindən aparılıb. Soyqırımın 27-ci ildönümündə həyata keçirilən kampaniyanın əsas məqsədi başda Tvitter olmaqla, bütün sosial şəbəkələrdə bu günün anlam və önəminin dünyaya çatdırılmasıdır.

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası zamanı könüllülər #hocalıiçinpaylaş və #shareforkhojaly həştəqləri ilə sosial şəbəkədə həm Türkiyə, həm də dünya üzrə ilk sıralara daxil olmağı hədəfləyirlər.

Üzərində “Xocalı üçün paylaş” yazılmış geyimi olan və sosial media üzrə xüsusi təlim keçmiş könüllülər gün ərzində bu həştəqlərlə Xocalı soyqırımı başda olmaqla, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün çalışacaqlar.

İstanbul Universitetində baş tutan tədbirdə Azərbaycandan və Türkiyədən olan millət vəkilləri Sona Əliyeva, Saffet Sancaqlı, sənət adamları Əhməd Şəfəq, Ərcan Saatçı, Hülya Avşar, Məlahət Abbasova, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov, o cümlədən, iki yüzdən çox könüllü gənc iştirak edib.

Tədbir Xocalı qətliamı ilə bağlı hazırlanan videoçarxın nümayişindən və Türkiyə, Azərbaycan himnlərinin səsləndirilməsindən sonra start götürüb.

Tədbiri öz nitqi ilə “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər açıq elan etdikdən sonra sözü İstanbul Dövlət Universitetinin rektor müavini Sedat Murada verib. Sedat Murad bildirib ki, 27 ildir davam edən bu acını unutmadıq, unutmağımız da mümkün deyil:

"Unutduğumuz halda hər şeyimizi itirərik. Tədbiri keçirməyə razılaşdığımız zaman azərbaycanlı qardaşlarımız bizə təşəkkür etdi. Demək istəyirəm ki, təşəkkürə heç bir ehtiyac yoxdur, bu, bizim borcumuzdur. Türkiyə ilə Azərbaycan ətlə dırnaq kimidir. Azərbaycanın kədəri bizim kədərimizdir”.

Daha sonra çıxış edən Sona Əliyeva bu günün əhəmiyyətindən danışıb:

“Bu gün biz ermənilərin türk dünyasına yaşatdığı cinayətləri dünyaya çatdırmağa toplaşmışıq. Biz öz mübarizəmizi yeni, ən güclü silah olan sosial şəbəkələr vasitəsilə aparacağıq. Bu gün kədərlənməyə deyil, mübarizəyə yığışmışıq”.

MHP millət vəkili Saffet Sancaqlı Xocalı soyqırımı ilə Srebrenitsa qətliamının oxşarlıqlarından danışıb.

Mübariz Mənsimov da 27 ildir sağalmayan Xocalı yarasından söz açıb:

“Burda iştirak edən bütün gənclərə minnətdarlığımı bildirirəm. Bizim gələcəyimiz gənclərdir. Sizlər tariximizi unutmamalı və yaşatmalısınız.

Erməni lobbisi illərdir belə çalışırsa, biz onlardan daha çox çalışacağıq. Artıq dünya elə bir dövrünü yaşayır ki, mübarizə metodları dəyişib. Artıq fiziki güclə deyil, zəka ilə, media ilə, sosial media ilə mübarizə aparmaq lazımdır. Bu işdə böyük türk dünyası bir araya gəlib birgə çalışmalıdır”.

Qeyd edək ki, “Palmali” Şirkətlər Qrupunun dəstəyi və təşkilatçılığı ilə baş tutan “Xocalı üçün paylaş” Sosial Media Kampaniyasına təşkilatı dəstəyi “Yeni Çağ” Media Qrupu və İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi (Azerbaycan Kültür ve Dayanışma Topluluğu) verib.

Tarix
2019.02.26 / 17:06
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla