Yuxarı

İllik 1 faizlə kredit verilməsi ideal güzəştdir - Fərman

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərlinin Axar.az-a müsahibəsi:

- Natiq müəllim, güzəşt qərarı 10 000 dollardan artıq kredit götürən vətəndaşın borcunun 10 000 dollar məbləğdə olan hissəsinə şamil olunacaqmı?

- Fərmanın sonunda Maliyyə Nazirliyinə və digər əlaqədar qurumlara 15 gün ərzində ilkin, 2 ay ərzində isə tamamilə bütün mexanizmin hazırlanması ilə bağlı tapşırıq verilib. Bu baxımdan da ola bilər ki, ilkin sənədlər prezidentə təqdim edilərkən bu məsələlər nəzərə alınsın. Ancaq fərmanın sırf hüquqi dilindən belə görünür ki, əsas borc 10 000 dollara qədər olan kreditlərə aid edilir.

- Bəs, manatla krediti olan vətəndaşlar üçün hansısa güzəştlər gözlənilirmi?

- Əgər problemli kreditlərlə bağlı hökumətin qlobal qərarı varsa, ola bilsin ki, həm biznes kreditləri, həm də manat kreditləri ilə bağlı başqa mexanizmlər işə düşsün. Hələlik fərmanda onlar nəzərdə tutulmayıb. Ancaq gələcəkdə bununla bağlı müəyyən addımların atılması ehtimalı var.

- Bəs, dollarla kreditlərini müqavilə ilə manata çevirənlər üçün güzəştlər nəzərdə tutulurmu?

- Əgər kredit müqaviləsi birinci və ikinci devalvasiyadan sonra dəyişdirilibsə, onlara şamil edilə bilər. Çünki onların ilkin götürdükləri məbləğ valyuta ilə olub və sonradan dəyişdirilib. Ancaq burada ciddi bir məsələ var. Banklar bəzən çox iri həcmli müqavilələr yazır və çox zaman vətəndaşlar bu müqaviləni oxumadan imzalayırlar. Əgər vətəndaş müqaviləni dəyişdirərkən bütün riskləri öz üzərinə götürəcəyi ilə bağlı müqaviləyə qol çəkibrsə, bu zaman müqaviləyə yalnız məhkəmə yolu ilə xitam verilə və bundan sonra ona güzəşt şamil edilə bilər. Çünki banklar bu müddəanı əsas götürərək kompensasiyanın həmin borclara aid olmadığını əsas gətirə bilərlər.

- Yeri gəlmişkən, krediti ödəyib qurtarmış şəxslərə kompensasiya veriləcəkmi?

- Fərmanda belə bir ifadə var ki, fərmanda nəzərdə tutulan bütün ödənişlər həyata keçirildikdən sonra artıq qalan məbləğlər vətəndaşa qaytarıla bilər. Bu o deməkdir ki, kreditini vaxtında ödəyən insanlara kompensasiya mexanizmi yaradıla bilər. Ancaq bunun üçün Mərkəzi Bank və Maliyyə Nazirliyi xüsusi qərar hazırlamalı və prezidentə təqdim etməlidir. Çünki hələ ki fərmanda bununla bağlı mexanizm yoxdur. Bundan sonra əlaqədar orqanlar fərmandan irəli gələn mexanizmləri tətbiq edə bilərlər.

- Fərmanda vətəndaşlara manatla yenidən hesablanmış borcları ödəmək üçün 5 illiyə illik 1 faizlə banklar tərəfindən kredit xətti açılacaq. Bu güzəşt sırf borcu olan vətəndaşlara aiddir?

- Bu güzəşt ana borca aid olacaq. Məsələn, bütün faizləri silinsə və devalvasiya ilə bağlı dəymiş zərər ödənilsə də, ana borc qalır. Məsələn, vətəndaş birinci devalvasiyadan öncə 5000 dollar götürübsə və heç bir ödəniş etməyibsə, nəticədə problemli kredit yaranıbsa, bu güzəşt ana borca aid ediləcək. Belə ki, illik 1 faizlə 5 illik müddətinə qaytarmalıdır. İndiki faiz dərəcələrinin çox yüksək olduğunu nəzərə alsaq, bu çox mühüm güzəştdir. İllik 1 faiz çox aşağı göstəricidir və bu elə bank xərclərini ödənilməsinə sərf olunacaq. Bu nöqteyi-nəzərdən də sözügedən güzəşt borcu olan insanlara böyük dəstək olacaq. Ancaq bu ümumiyyətlə faiz dərəcələrinin aşağı düşəcəyi anlamına gəlmir. Bu ancaq borcu olan vətəndaşlara şamil ediləcək.

Tarix
2019.03.01 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla