Yuxarı

Leyla Əliyeva 2 saylı Doğum Evində - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunda yerləşən 2 saylı Doğum Evində olub.

Axar.az xəbər verir ki, Leyla Əliyeva Doğum Evindəki palataları gəzib, dünyaya yeni göz açan körpələrin və onların analarının səhhəti ilə maraqlanıb, uşaqların sağlam böyümələrini arzulayıb.

120 çarpayıdan ibarət tibb müəssisəsi Heydər Əliyev Fondu tərəfindən yeni küvəzlərlə təmin olunub. Doğum Evində bundan əvvəl olan küvəzlər müasir standartlara cavab vermirdi.

Leyla Əliyevaya bu xüsusi aparatda saxlanılan tənəffüs və digər problemlə anadan olan uşaqların müalicəsi barədə məlumat verilib. Yeni küvəzlərdə ana və körpədə qan qrupları və rezus üzrə uyğunsuzluq xəstəliyi, tənəffüs, az çəki problemi olan, vaxtından əvvəl düyaya gələn və intensiv terapiyaya ehtiyacı olan uşaqların müalicəsi aparılır. Hazırda 2 saylı Doğum Evində 70-dən çox yeni dünyaya gələnlərdən 3-ü küvəzdə saxlanılır. Həkimlər bu körpələrin vəziyyətinin sabitləşdiyini, müsbət dinamikanın müşahidə edildiyini bildiriblər.

Tibb müəssisəsində 398 işçi çalışır. Heydər Əliyev Fondunun vitse-prezidenti Doğum Evinin əməkdaşları ilə şəkil çəkdirib, onlara işlərində uğurlar arzulayıb.

Tarix
2019.03.05 / 00:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla