Axar.az
Yuxarı

Milyonçu Vardanyanı Xədicə ilə nə bağlayır? – Sensasion faktlar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son aylar beynəlxalq içtimayət və həmçinin Azərbaycan ictimayəti dünyanın bütün qitələrində fəaliyyət göstərən mütəşəkkil erməni cinayətkar şəbəkəsinin fəlaiyyəti haqqında çoxsaylı ifşa məlumatları ilə tanış olmuşdur.

Məsələn, bu ilin yanvar ayında britaniyalı araşdırmaçı-yazıçı Harold Keynin nəşr etdirdiyi “Narko Qarabağ” (“Narco Karabakh”) kitabında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki fəsadları Qafqaz regionundan çox-çox uzaqlara çıxaraq beynəlxalq birliyə dərin təsir göstərə bilən cinayətlərin və cinayətkar şəbəkənin aşkara çıxarmasının şahidi olduq.

Keçən ay isə silahli münaqişələrdə müxtəlif silahların tətbiqinin və onların dünya üzrə daşınmasının izlənilməsi ilə məşğul olan Britaniyanın “Conflict Armament Research" mərkəzinin dərc etdiyi hesabatda Ermənistan dövlət aviaşirkətinin Cənubi Sudandakı vətəndaş müharibəsi regionlarına, Liviyadakı islamçılara və Somalidəki dəniz quldurlarına, mərkəzi və şimali Afrika terrorçularına silah daşımasını ifşa edildi.

Martın 4-ü isə OCCRP - Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi bu dəfə Rusiyada Ermənistanın və erməni əsilli Rusiya vətəndaşlarının yaratdıqları çirkli pulların yuyulması sxemi üzrə ölkənin hakim elitası ilə sıx əlaqəli böyük investisiya bankı vasitəsi ilə ölkədən 9 milyard dollarlıq vəsaitin çıxarılması haqqında hesabat dərc etdi.

Hesabatda “Troika” pulyuyan maşını adlandırılan bu sxem korrupsiyalı siyasətçilərə və mütəşəkkil cinayətkarlıq fiqurlarına çirkli vəsaitlərin yuyulması, vergilərdən boyun qaçırılması, mülkiyyətin xaricdə gizlədilməsi kimi fəaliyyət imkanı yaratması haqqında məlumatlar dərc olunmuşdur.

“Troika” sxemi üzrə mənfəətdar isə Rusiyanın “Troika Dialog” kimi tanınan özəl investisiya bankı və Rusiyada qərbyönlü reputasiyaya malik rusiyalı erməni Ruben Vardanyandır.

Qeyd edim ki, Ruben Vardanyan adı diqqətimi ilk dəfə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni əhalinin yerləşdirilməsi üçün kəndlər salınmasının maliyyələşdirməsi, bu kəndlərdə məktəb və kilsə tikdirirməsi və ən əsası da Rusiya vətəndaşı olan oğlu David Vardanyanın Dağlıq Qarabağda əsgərlik xidmətinə göndərməsi haqqında məlumatlarla çəkmişdir.

Ruben Vardanyan rusiyalı biznesmen olsa da, daha çox erməni milləti və onun gələcəyi üçün xidmət göstərir, humanitar fondlar adı altında formalaşdırdığı təsisatlar Dağlıq Qarabağ, Livan və Suriyada erməni kəndlərinin salınması, kilsələrinin və məktəblərinin tikilməsi üçün örtük kimi fəaliyyət göstərirdi.

Məsələn, Ruben Vardanyanın təsis etdiyi humanitar təsisatlardan biri Livanda erməni məktəblərinin tikintisini maliyyələşdirir, digər bir humanitar fondu isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində və müharibədən əziyyət çəkən Suriyanin ehtiyac içərisində yaşayan erməni əhalisi üçün humantar yardımların təşkili üçün maliyyə toplayır və s.

Əslində bu siyahını bir az da uzatmaq olar, lakin qeyd etmək istədiyim əsas məsələ tamam fərqlidir. Məsələ ondadır ki, Ruben Vardanyanın hər iki “humanitar” layihəsində tərəfdaşları, ictimai lobbisti və koordinatorları amerikalı cütlük - aktyor Corc Kluni və həyat yoldaşı livanlı etnik erməni Amal Alamuddin Klunidirlər. İnternet resursda etdiyim kiçik araşdırma ilə aydın olur ki, ictimai fiqur olaraq Corc və Amal Klunilər Ruben Vardanyanın çoxsaylı layihələrində tərəfdaş və ictimai lobbist qismində çıxış edirlər, ən əsası da belə bir qənaətə gəlinir ki, bu cütlüyün ümumiyyətlə içtimai fəaliyyəti məhz Ruben Vardanyanın Rusiyada yuduğu çirkli pulların hesabına həyata keçirilir.

Bu cütlük, xüsusi ilə Amal Klunin adı ölkəmizdə diqqətli siyasət izləyicilərinə tanışdır, Amal Kluni OCCRP - Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsinin araşdırmaçısı, jurnalist Xədicə İsmayılın vəkili olmuş, onun həbsdə olduğu dövrdə xaricdə ictimai və hüquqi müdafiə kampaniyalarını təşkil etmişdir.

Nəzərə alsaq ki, Corc və Amal Klunilərin ictimai fəaliyyəti məhz Ruben Vardanyanın Rusiyada TROİKA pulyuma sxemi ilə yuyulan çirkli pulların hesabına həyata keçirilir, onda belə çıxır ki, Xədicə İsmayılın hüquqi müdafiəsi erməniləri Rusiyada yuduğu çirkli pulların hesabına təşkil olunurmuş.

Xatırlayırsınızsa, həmin il OCCRP öz işçilərinin həbsinə cavab olaraq Azərbaycan hökumətinə qarşı “bütün cəbhə boyu müharibə“ elan etmişdi. Məhz bu fəaliyyətin nəticəsində biz neçə il ölkəmizin adını müxtəlif ünvansız və yalan məlumatlarla dolu araşdırmalarda, təhrif olunmuş hesabatlarda və bu hesabatların dərc olunduğu Qərb medialarında izlədik.

Məsələn, 2017-ci ildə OCCRP-yə bağlı bir bolqar jurnalistin ifadələrinə istinadən Azərbaycan Hava Yollarının dünyada terror ocaqlarına yükdaşımalarda iştirak etdiyini iddia edilən qeyri-ciddi, faktsız, sübutsuz, uydurma məlumatların şahidi olduq.

Yuxarıda qeyd etdiyim silahli münaqişələrdə silahların tətbiqinin və onların dünya üzrə daşınmasının izlənilməsi ilə məşğul olan Britaniyanın “Conflict Armament Research" mərkəzinin keçən ay dərc etdiyi hesabatda Azərbaycanın deyil, məhz Ermənistan dövlət aviaşirkətlərin dünyadakı terror ocaqlarına - Cənubi Sudandakı vətəndaş müharibəsi regionlarına, Liviyadakı islamçılara və Somalidəki dəniz quldurlarına, mərkəzi və şimali Afrika terrorçularına silah daşıması ifşa edildi.

Bununla da aydın oldu ki, OCCRP ölkəmizin adını belə çirkli əməliyyatlarda hallandırmaqla, əslində, diqqəti bu əməliyyatların real icraçısı olan Ermənistandan yayındırmaq məqsədi güdürdü.

2018-ci ildə isə OCCRP yenə də təsdiqini tapmayan məlumatlar əsasında Azərbaycanın adını çirkli pulların yuyulmasında hallandırmaqla, növbəti dəfə diqqəti əsas çirkli pulyuma maşınından yayındırmaq məqsədi güdmüşdür. Burada xüsusi məqamlardan biri də OCCRP ilə paralel Qərb mediasının da bu istiqamətdə daha çox Azərbaycanın adını hallandırması idi. Ancaq qərbyönümlü olduğu üçün bu qədər çirkli əməliyyatlara bulaşmış Ruben Vardanyanın fəaliyyətinin işıqlandırılmaması haqqında tez-tez söz açdığmız ikili standarların tətbiqinin bariz nümunəsidir. Burada bunu da qeyd etmək yerinə düşər ki, “Amerikanın səsi” öz internet portalında OCCRP-nin Rusiyada Ermənistanın və erməni əsilli Rusiya vətəndaşlarının yaratdıqları çirkli pulların yuyulması sxemi üzrə ölkədən 9 milyard dollarlıq vəsaitin çıxarılması haqqında dərc etdiyi məlumatlarda, hesabatın orijinal mətnində adı keçmədiyi, əsas fiqurantların ermənilər olduğu halda, Azərbaycanın adını da əlavə etmişdir. Bunu isə artıq ikili standartlar deyil, qərəz adlandırmaq olar.

Məsələnin digər maraqlı tərəfi isə OCCRP-nin Xədicə İsmayıl kimilərindən istifadə edərək, Ruben Vardanyanın çirkli pullarından bəhrələnməsidir. Belə ki, OCCRP öz əməkdaşlıq etdiyi həbsdəki jurnalistin hüquqlarının müdafiəsini ictimai fəaliyyəti Ruben Vardanyanın çirkli pullarından qaynaqlanan Amal Kluniyə tapşırmaqla, həm də onun çirkli pullardan bəhrələnməsi məqsədini güdmüşdür. Deməli, həm də OCCRP, həm də öz işçilərinin həbsindən bəhrələnmişdir.

Bu, ilk baxışdan həyatın istehzası kimi də görünə bilərdi, ancaq məncə, vəziyyət o qədər də sadə deyil…

Yeganə Hacıyeva,

Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert

Tarix
2019.03.06 / 22:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ordumuzun ələ keçirdiyi postda tapılan şok detal – Video

Akopcanyan: Ermənilərin yeganə çıxış yolu qaçmaqdır

Tiflis “3+3” platformasından rəsmən imtina etdi

Şevçenko: Ermənilər Bakıya yalvaracaq, əmin olun! - Video

Sabahkı mühüm görüşdə Bakını o təmsil edəcək

Bakı Haaqada da qalib gəldi, bundan istifadə edəcək – Saakyan

Mən baş nazir olanda gördüm ki, Qarabağ uduzulub!

Başçının I müavini işdən çıxarıldı: Növbədə kimlər var?

Paşinyan: Zəngəzur dəhlizi maraqlarımıza tam uyğundur

Rus hərbçilərin İrəvana səfəri niyə gizlədilir?

KULT
<>
Xəbər xətti
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla