Yuxarı

Laricanidən Qarabağla bağlı Bakıya - Dəstək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Laricanidən Qarabağla bağlı Bakıya - Dəstək

İrana rəsmi səfəri çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.

Axar.az xəbər verir ki, nazir Elmar Məmmədyarov Azərbaycan Respubikasının Milli Məclisinin sədri Oqtay Əsədovun səmimi salamlarını İslam Şurası Məclisinin sədri Əli Laricaniyə çatdırıb. Öz növbəsində Əli Laricani təşəkkürünü bildirərək, onun salamlarının Azərbaycanlı həmkarına çatdırılmasını xahiş edib.

Görüşdə tərəflər iki ölkə arasında əlaqələrin, o cümlədən siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli münasibətlərin inkişafından danışıb.

Nazir Elmar Məmmədyarov hazırda həyata keçirilən ikitərəfil iqtisadi layihələr barədə qarşı tərəfə məlumat verib. İki ölkə arasındakı Dövlətlərarası Müştərək Komissiyanın fəaliyyətini qiymətləndirdi. Nazir, Parlamentlərarası Dostluq Qrupunun ölkələrimiz arasında əlaqələrə töhfə verdiyini qeyd edib.

İslam Şurası Məclisinin sədri Əli Laricani İran Parlamentinin Azərbaycan ilə əlaqələrin inkişafına tam dəstək verdiyini bildirib. İki ölkə arasında hazırda icra mərhələsində olan layihələrin icrasının sürətləndirilməsini vurğulayıb.

Nazir Elmar Məmmədyarov qarşı tərəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti barədə məlumat verib. Azərbaycanın bölgədə sülhün və sabitiyin tərəfdarı olduğunu bildirib.

Əli Laricani Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə tərəfdar olduqlarını qeyd edib. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlərin İranın rəsmi mövqeyi olduğu bildirilib. İran İslam Şurası Məclisinin sədri münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu vurğulayıb.

Tarix
2019.03.09 / 19:16
Müəllif
Axar.az
Digər xəbərlər

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyən qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla