Yuxarı

Fransanın Qarabağla bağlı Bakıya bu mesajı... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa ilə Azərbaycan arasında iqtisadi, mədəni, humanitar sahələrdə çox yaxşı əlaqələr mövcuddur. Ancaq bununla belə əməkdaşlıq üçün böyük potensial və daha fərqli sahələr də var.

Bunu Axar.az-a Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfərini şərh edən millət vəkili Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, bu səfər iki ölkə arasında münasibətlərin inkişafı baxımından əhəmiyyətli idi:

“Fransa Avropa siyasətini müəyyənləşdirən böyük beşlik adlandırılan qrupa daxil olan ölkələrdən biri, üstəlik, ATƏT-in Minsk Qrupunun üzvü və həmsədridir. Ona görə də belə mühüm ölkə ilə münasibətlərin yüksək səviyyədə olması daim Azərbaycanın diqqət mərkəzindədir. Azərbaycan Fransa üçün də ciddi və etibarlı tərəfdaşdır. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 59 Fransa şirkəti fəaliyyət göstərir və onların fəaliyyəti bu ölkənin milli maraqlarını ifadə edəcək qədər irihəcmlidir. Fransanın baş naziri ilə görüşdə dəmiryolu, kommunikasiya və bank sektoru ilə bağlı imzalanan sənədlər də ondan xəbər verir ki, hər iki dövlətin maraqları əməkdaşlığın daha da dərinləşməsini tələb edir və tərəflər buna hazırdır”.

Millət vəkili bildirib ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ probleminin həlli ilə bağlı üzərinə ciddi bir öhdəlik götürüb:

“Azərbaycan digər həmsədrlərlə bərabər, bu Avropa ölkəsindən də real addımlar gözləyir. Mehriban Əliyeva da məhz bu gözləntiləri ifadə edərək hazırkı status-kvonun qəbuledilməz olduğunu vurğuladı. Bunun müqabilində Fransanın baş naziri ölkəsinin sülh danışıqlarına sadiq qaldığını və münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu bildirdi. Fransa baş nazirinin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı çox da sadə olmayan bir mərhələdə bu cür mövqe bildirməsi əslində Helsinki Yekun Aktında göstərilən milli müqəddaratı təyinetmənin dövlətlərin ərazi bütövlüyü çərçivəsində baş tutması prinsipinin dəstəklənməsi deməkdir. Bu mənada səfərin iqtisadi, mədəni, humanitar tərəfləri ilə bərabər, siyasi tərəfləri olduqca əhəmiyyətlidir”.

Tarix
2019.03.13 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla