Yuxarı

ABŞ-ın Rusiyaya qarşı aktiv fəaliyyətinin Bakıya təsiri...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış politoloq Tofiq Abbasovun Axar.az-a müsahibəsi:

- ABŞ Avrasiya, Mərkəzi Asiya və Avropaya Rusiyanın təbliğatının və təsirinin azaldılması üçün yarım milyard dollar pul ayırmağı planlaşdırır. Bu maliyyənin qarşılığında adıçəkilən regionlarda ABŞ-ın Rusiya təsirinə qarşı aktiv fəaliyyəti nəzərdə tutulur. Bu prosesi necə izah edərdiniz?

- Ümumiyyətlə, ABŞ-ın iqtisadi müharibələr aparma texnologiyası günbəgün dünyada geniş vüsət alır. Görürsünüz ki, Cənubi və Mərkəzi Amerikadan tutmuş ta Avrasiya materikinə qədər, ABŞ-ın özünə düşmən saydığı ölkələrlə bağlı münasibəti durmadan gərginləşir. İqtisadi müharibələrin, sanksiya siyasətinin son nəticəsi qlobal və iqtisadi proseslərin, ölkələr arasında qarşılıqlı əməkdaşlığın iflic vəziyyətə salınması ilə nəticələnə bilər. Çünki istər-istəməz vahid dünya düzəni var və dövlətlər, bloklar, ittifaqlar hamısı bir-birinə bağlıdır. Onların arasında anlaşma olmasa, bu prosesdən ilk növbədə qlobal təhlükəsizlik zərər çəkir. Son illərin təcrübəsindən əyani şəkildə görürük ki, ABŞ hər hansı ölkəni məhdudiyyətlərə qərq etmək istəyirsə, ilk növbədə onlara qarşı qara piar kampaniyası aparmağa başlayır. Dünya mediasına, beyin mərkəzlərinə tapşırıqlar verir və böyük maliyyə vəsaitləri ayırır ki, onlar qarayaxma kampaniyalarını həyata keçirsinlər. ABŞ təkcə Rusiyanı, Çini deyil, həm də bu dövlətlərlə münasibəti olan məmləkətləri də qara buludlarla əhatələyir ki, onların da problemləri yaransın. Avrasiya məkanında Rusiyanın vacib yeri var. Rusiyanı sərhədlərinin perimetrinə görə hətta qitə də adlandırırlar. Yəni onun böyük əraziləri var və bir çox dövlətlər onunla bilavasitə sərhəddir. Odur ki, ABŞ bir əli ilə dünyada yeni nizam yaratmağa çalışır, digər əli ilə isə həmin nizamı dağıdır. Belə getsə, dünya iqtisadiyyatı, dünyada qlobal təhlükəsizlik arxitekturası tədricən çökəcək.

- Trampın yeni planı və Rusiyaya qarşı aktiv fəaliyyəti Azərbaycana hər hansı formada təsir edə bilərmi?

- Azərbaycan Rusiya ilə həmsərhəddir, qonşudur. Eyni zamanda Xəzər bölgəsində bizim böyük, vahid və ortaq planlarımız var. Ölkələrimiz bir çox beynəlxalq layihələrdə müştərək iştirak edir. Yəni bütün bu proseslərin təmin olunmasında bizə iki ölkə arasında heç bir məhdudiyyət olmaması lazımdır. Əgər ABŞ Rusiyaya qarşı fəaliyyətini genişləndirərsə, təbii ki, Azərbaycan da bu proseslərdən həm əziyyət çəkəcək, həm də ahəngdarlıq prinsipi pozulacaq. Ona görə də mən deyərdim ki, ABŞ burada yalnız öz maraqlarını düşünür. Başqa dövlətlərin taleyi ABŞ-ı düşündürmür. Belə münasibət sağlam, qarşılıqlı əməkdaşlıq, qonşuluq prinsipləri ilə tam ziddiyyət təşkil edir.

- İndiki şəraitdə Azərbaycanın maraqlarına uyğun siyasət nə tələb edir?

- Azərbaycan özgələrin oyunlarında özünü görmür və başqa dövlətlərin münasibətlərinə müdaxilə etmir. ABŞ da, Rusiya da güclü dövlətlərdir, onların öz çəkiləri var. Onlar aralarında olan problemləri həll edə, adlayıb keçə bilmirlər. Əlbəttə, onların dağıdıcı təsirləri bütün tərəflərə yayılır. Bu baxımdan da Azərbaycan öz neytral mövqeyini saxlamağa çalışacaq. Yəni bizə başqalarının qarşıdurmasında tərəfkeşlik etmək lazım deyil. Bu bizim öz amalımıza, prinsiplərimizə ziddir. Biz İran və Rusiya ilə həmsərhəd dövlətik. Azərbaycanın ilk gündən seçdiyi siyasi xətt, kurs unikaldır. Biz başqa oyunlarda, çirkin əməllərdə nə iştirak edirik, nə də onlara münasibət bildiririk.

Tarix
2019.03.13 / 08:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla