Yuxarı

ABŞ niyə məhz onu Bakıya göndərdi? – Təhlil

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Azərbaycandakı yeni səfiri Örl Litzenberger Azərbaycanla əməkdaşlıqda enerji və təhlükəsizlik məsələlərinə üstünlük verəcək.

Axar.az xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində yer alıb. Bildirilir ki, ABŞ Azərbaycanla əsasən 4 istiqamətdə əməkdaşlıq edir:

“Bunlar iqtisadiyyat, enerji, təhlükəsizlik və demokratik institutların inkişafıdır. Son illər Vaşinqton Azərbaycanla əməkdaşlıqda enerji və təhlükəsizlik sahəsinə daha çox önəm verir. Məsələn, Azərbaycan Prezidenti ilə görüşdə səfir ölkəmizin Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyata canlı qüvvə ilə verdiyi töhfəni və göstərdiyi logistik və nəqliyyat dəstəyini ABŞ hökumətinin yüksək qiymətləndirdiyini xüsusilə vurğuladı. Azərbaycanın ABŞ-a Əfqanıstanda verdiyi dəstək Vaşinqton üçün önəmlidir. Vaşinqton Əfqanıstanda terrorla mübarizə aparır və müttəfiqlər içərisində müsəlman dövlətləri də görmək istəyir. Azərbaycan azsaylı müsəlman ölkələrdəndir ki, Əfqanıstanda ABŞ-ın yanında yer alıb”.

Mərkəz ABŞ-ın Azərbaycan qazının Avropaya nəqlində də vacib rol oynadığını qeyd edib:

“ABŞ faktiki bu məsələdə Azərbaycana lobbiçilik edir. Azərbaycan qazı Avropa üçün önəmli alternativlərdən biridir. Buna görə də Vaşinqton Avropanı Azərbaycan qazını almağa təşviq edir. Bu, Azərbaycanın maraqları ilə də üst-üstə düşür. Təsadüfi deyil ki, Prezident İlham Əliyev açıqlamalarında bir neçə dəfə ABŞ-a xüsusi minnətdarlığını bildirib ki, Vaşinqton 1990-cı illərin ortalarında Bakı-Tiflis-Ceyhan boru xəttinin tikintisinə siyasi dəstək verib. Ölkə başçısı bunu hər dəfə ona görə xatırlayır ki, bu boru xəttinin və Azərbaycan neftinin dünya bazarlarına Türkiyə üzərindən nəqlinə mane olmaq istəyən xarici güclər var idi və Vaşinqton həmin xarici güclərlə mübarizədə Azərbaycana dəstək verib. Vaşinqton 1994-cü ildə Bakıda neft kontraktının imzalanmasına da dəstək verdi”.

Təhlildə ABŞ-Azərbaycan əməkdaşlığında yeganə problemin Dağlıq Qarabağ münaqişəsi olduğu bildirilib:

“ABŞ Minsk Qrupunun üç həmsədrindən biri olmasına baxmayaraq, son 19 ildə münaqişənin həlli üçün səy göstərmir. Rusiya əsas vasitəçiyə çevrilib. Bu isə Azərbaycanın maraqlarına uyğun deyil. Çünki Moskva münaqişənin ədalətli həllində maraqlı deyil. Azərbaycan ABŞ-ın münaqişənin həllindəki səylərini artırmasını istəyir. Yeni səfir əlbəttə ki, Qarabağ mövzusunda müxtəlif açıqlamalar verəcək, ancaq münaqişənin həlli prosesi səfirdən və onun fəallığından asılı deyil. Münaqişənin həlli prosesində Dövlət Departamenti fəal rol oynamalıdır”.

Mərkəz Litzenbergerin Azərbaycana təyinatına qədər Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə büroda baş müşavir vəzifəsində çalışmasına da diqqət çəkib:

“Bu o deməkdir ki, yeni səfir təhlükəsizlik məsələlərində ixtisaslaşıb. Vaşinqtona Azərbaycanda məhz belə səfir lazımdır”.

Tarix
2019.03.13 / 13:52
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla