Yuxarı

İrəvan təşvişdə: 10 minlik Azərbaycan Ordusu...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimləri davam edir. Təlimlərdə Azərbaycan Ordusunun aldığı yeni silah və hərbi texnikanın sınaqdan keçirilməsi, şəxsi heyətin həmin silahlardan istifadə bacarığının artırılması istiqamətində atdığı addımlar Ermənistanda narahatlıqla qarşılanır.

Azərbaycan Silahlı Qüvvələrinin indiyədək oxşarı olmayan hərbi təlimlərə başladığını xüsusi vurğulayan erməni hərbi ekspert Vova Vartanov da narahatlığını gizlətməyib.

Vartanov Azərbaycanın Belarusdan aldığı “Polonez” raketlərinin təmilərə cəlb edilməsini xüsusi vurğulayıb.

Axar.az-ın məlumatına görə, hərbi ekspertlərin narahatlığı artıq Ermənistan rəsmi dairələrinin də reaksiyasına səbəb olub.

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in fəaliyyətdə olan həmsədri Vladislav Layçakla görüşündə Azərbaycanın keçirdiyi təlimlərdən narahatlığını dilə gətirib:

“Azərbaycanın beynəlxalq öhdəliklərə zidd olaraq elan edilməmiş irimiqyaslı təlimləri etimad mühitinin yaranmasına kömək etməyəcək”.

Görünür, Ermənistan ən böyük narahatlıqlarından biri də İsrailin Azərbaycana ən müasir silah və texnikanın satılmasıdır. Mnatsakanyan elə Layçakla keçirdiyi görüşdə bu məsələni yenidən gündəmə gətirib və Ermənistanın regionda “silahlanma yarışına” qarşı olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusunun 10 minlik şəxsi heyətinin iştirakı ilə genişmiqyaslı təlimlər 11 martdan start götürüb.

Tarix
2019.03.13 / 13:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla