Yuxarı

Əli Əhmədov Çin nümayəndə heyəti ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazirin müavini Əli Əhmədov Çin Xarici Əlaqələr İnstitutunun prezidenti Liang Jianquanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən Axar.az-a verilən məlumata görə, martın 13--də Nazirlər Kabinetində Baş nazirin müavini Əli Əhmədov ölkəmizdə səfərdə olan Çin Xarici Əlaqələr İnstitutunun prezidenti Liang Jianquanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş nazirin müavini deyib ki, dost ölkələr olan Çin və Azərbaycan arasında çox yaxşı ikitərəfli münasibətlər var və bu münasibətlər davamlı olaraq inkişaf edir.Butün sahələrdə əməkdaşlıq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə yüksək səviyyədə olduğunu vurğulayan Əli Əhmədov intensiv xarakterli qarşılıqlı səfərlərin bu münasibətləri daha da möhkəmləndirdiyini və əldə olunan nəticələr xalqlarımızın rifahı naminə real səmərə verdiyini bildirib.

Qonaq Çin-Azərbaycan münasibətlərinin yüksək səviyyəsindən və sabit inkişafından razılığını ifadə edərək, hər iki ölkədə qarşılıqlı siyasi etimadın daim dərinləşdiyini, əməkdaşlığın siyasi, iqtisadi, mədəni və digər sahələrində həqiqətən çox səmərəli nəticələr əldə olunduğunu, beynəlxalq və regional məsələlər üzrə sıx qarşılıqlı fəaliyyətlərin uğurlu davam etdiyini diqqətə çatdırıb.Liang Jianquanq geosiyasi baxımdan əhəmiyyətli mövqeyə malik olmaqla yanaşı, sürətlə inkişaf edən Azərbaycan və tədricən dünya iqtisadiyyatının inkişafında əhəmiyyətli mövqeyə malik olan Çin arasında əlaqələrin inkişaf perspektivlərinin məmnunedici olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən Çin-Azərbaycan münasibətlərinin gələcək hədəfləri barədə fikir mübadiləsi aparılıb.

Tarix
2019.03.13 / 18:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyarto bu gün Azərbaycana gəlir

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla