Yuxarı

Dövlət Mühafizə Xidmətinin saytı ilə bağlı yeni xəbər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) martın 14-də www.blacklist.gov.az (“Qara siyahı”) saytının təqdimatını keçirəcək.

Axar.az xəbər verir ki, bu barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi nəzdində Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin direktoru Tural Məmmədov martın 13-də VI Regional İnternet İdarəçilik Forumu çərçivəsində keçirilən “Kibertəhlükəsizlik sahəsində beynəlxalq təcrübə” mövzusunda sessiyada deyib.

T.Məmmədov qeyd edib ki, XDMX tərəfindən yaradılmış “Qara siyahı” saytı barədə ətraflı məlumatı sabah təqdim etməyi planlaşdırırıq. Əlavə edib ki, Xüsusi Dövlət Mühafizə Xidməti “Yoluxmuş IP” adlı yeni xidmətini internet istifadəçilərinin ixtiyarına verib. Yeni xidmət ölkənin internet istifadəçilərinə bir sıra üstünlüklər qazandırıb: “İnternet səhifəmizi (cert.gov.az) ziyarət edən hər bir şəxs avtomatik olaraq istifadə etdiyi IP-nin yoluxub-yoluxmaması barədə bildiriş alır. Əgər yoluxma varsa, bu zaman ona tövsiyə olunur ki, “Tövsiyə” bölməsinə keçid etsin. Həmin bölmədə tövsiyə olunan əməliyyatları yerinə yetirməklə yoluxma barədə geniş məlumat almaq mümkündür. Son vaxtlar apardığımız araşdırmalar nəticəsində məlum olub ki, internetlə müdaxilə hallarının 68 faizi serverin təhlükəsizliyinin, 32 faizi isə kod təhlükəsizliyinin qorunmaması səbəbindən baş verir. Bu cür halların qarşısını almaq üçün internet istifadəçilərindən daha diqqətli olmaqlarını və müxtəlif resurslarda şəxsi hesablarına daha qəliz şifrələrdən istifadə etməyi tövsiyyə edirik. Azərbaycanda bu sahədə əhalinin daha geniş məlumatlandırılması barədə işlər davam etdirilir.

Tarix
2019.03.13 / 18:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla