Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
27 May 2019


Həsənov Vyetnamda: Siyasi məsləhətləşmə... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

12 mart tarixində Hanoy şəhərində Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Xarici işlər nazirinin müavini Ramiz Həsənov, Vyetnam nümayəndə heyətinə isə Xarici işlər nazirinin birinci müavini Bui Thanh Son rəhbərlik ediblər.

Danışıqlar zamanı tərəflər iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini nəzərdən keçirərək əməkdaşlığın bütün sahələr üzrə təşviqinə dair geniş fikir mübadiləsi apardılar. Müzakirələr əsnasında, həmçinin tərəflər hazırki siyasi məsləhətləşmələrin məhz Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyinin keçirilməsi ərəfəsində təşkil olunmasının əhəmiyyətini xüsusi vurğuladılar.

Vyetnama səfəri çərçivəsində nazir müavini Ramiz Həsənov eyni zamanda bu ölkənin rəsmiləri ilə ikitərəfli görüşlər keçirib.

11 mart tarixində xarici işlər nazirinin müavini Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının Vyetnam tərəfindən həmsədri, Sənaye və Ticarət naziri Tran Tuan Anh ilə görüşdü. Görüşdə tərəflər münasibətlərin bütün spektri üzrə əməkdaşlığın mövcud vəziyyətini müzakirə edərək, çoxşahəli əlaqələrin genişləndirilməsinə dair fikirləri ilə bölüşdülər. Həmçinin tərəflər Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası çərçivəsində keçirilən son iki görüşdə əldə olunan razılaşmaların həyata keçirilməsi üçün atılması zəruri hesab olunan əməli addımlar ətrafında fikir mübadiləsi apardılar.

Xarici işlər nazirinin müavini Ramiz Həsənovun, həmçinin Vyetnam Sosialist Respublikası Milli Assambleyasının sədr müavini Uong Chu Luu ilə görüşü keçirildi. Görüşdə tərəflər parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi yollarını, habelə Dostluq Qrupları arasında mövcud əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsini aparıldı.

Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə 12 mart 2019-cu il tarixində Hanoy şəhərində Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi və Vyetnam Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan və Vyetnam diplomatiyası: Paralellər, inkişaf, dövlət quruculuğunda rolu” mövzusunda konfrans keçirildi.

Konfransda Vyetnam Kommunist Partiyası, Prezidenti Administrasiyası, Milli Assambleyası (Parlament), Hökuməti, Vyetnam Xarici İşlər Nazirliyi, müxtəlif dövlət və özəl qurumları, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası, Azərbaycanın Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi, ali təhsil ocaqları, beyin mərkəzləri, diplomatik korpus və kütləvi informasiya vasitələrinin nümayəndələri, Vyetnam Diplomatik Akademiyasının rəhbərliyi və tələbə-müəllim heyəti, habelə Azərbaycan təhsil ocaqlarının vyetnamlı məzunları iştirak etdilər.

Tarix
2019.03.14 / 00:19
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Gürcü baş nazirdən mediaya Keşikçidağ müraciəti

Gürcü lider: Unutmamalıyıq ki, Azərbaycan...

NATO-nun Rusiyanı sıxışdırmaq üçün yeni planı – Şərh

Mxitaryan Bakıya gəlmədi, ermənilər "qorxaq" dedi

İlham Əliyevə təbriklər gəlməkdə davam edir

DGK sədri üç rayonun sakinləri ilə görüşdü - Foto

Ordumuz bayramla bağlı silsilə tədbirlərə başladı

İrəvanın bizi bunda ittiham etməsi absurddur - XİN

Millət vəkili: Bu, şərəfsizlik və xainlikdir...

Markaryanın azərbaycanlı qohumları fəallaşıb – Qazi

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla