Yuxarı

OPEK: Bakı görüşünün nəticələri nəzərə alınacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

OPEK-in baş katibi Məhəmməd Barkindo Hyustona səfərindən Amerika istehsalçıları ilə görüşmək və bu ölkənin sənayesinin genişləndirilməsi üçün kapitalın əldə edilməsini öyrənmək üçün istifadə edib.

Axar.az CNBC-ə istinadən xəbər verir ki, bu barədə Məhəmməd Barkindo bildirib.

Bu həftə Hyustonda "IHS Markit CERAWeek"-in illik konfransında iştirak edən baş katibin sözlərinə görə, ABŞ sənayesinin maliyyələşdirilməsinə giriş neft hasilatını gündə təxminən 12,1 milyon barelə qədər artırmağa kömək edib.

"ABŞ-da istehsalın artımı dünyaya öz energetika ehtiyaclarını təmin etməyə kömək edən əhəmiyyətli amildir", - deyə Barkindo qeyd edib. O qeyd edib ki, İran və Venesuela ABŞ-ın sanksiyaları altındadır.

OPEK-in baş katibi həmçinin bildirib ki, OPEK və partnyorları bazarda neftin həcminin artımının saxlanılması haqqında razılaşmanın icrasının gedişini qiymətləndirmək üçün martın 17-18-də Azərbaycanda görüşəcək.

Gözlənilir ki, OPEK-ə üzv ölkələr və Rusiya hasilatın gündəlik 1,2 milyon barel ixtisarı haqqında razılaşmanı ən azı bir neçə ay müddətinə uzadacaq.

"Bakıda görüşün nəticələri qərarın qəbul olunması zamanı nəzərə alınacaq. Hər şey məlumatlardan asılıdır. Onlarla tanış olmaq lazımdır", - deyə OPEK-in baş katibi bildirib.

Qeyd edək ki, martın 17-18-də Bakıda OPEK və qeyri-OPEK ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasları keçiriləcək.

Tarix
2019.03.14 / 00:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla