Yuxarı

Nikolun gülünc arqumentləri nəyə hesablanıb? – Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanın Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində siyasi görüşü, baxışı, planı yoxdur.

Bu sözləri Axar.az-a Ermənistan Baş naziri Nikol Paşinyanın Xankəndidə keçirilən Ermənistan və qondarma “dqr” “təhlükəsizlik şuralarının” birgə iclasındakı çıxışına münasibət bildirən politoloq Hatəm Cabbarlı deyib.

O bildirib ki, iclasda Paşinyanın çıxışında diqqətçəkici məqamlar vardı:

“Ən əhəmiyyətli nüans odur ki, Paşinyan yenə də onun Ermənistan vətəndaşları tərəfindən baş nazir postuna gətirildiyini, qondarma rejimdəki ermənilər tərəfindən ona səs verilmədiyi üçün onları Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanla aparılan danışıqlarda təmsil edə bilməyəcəyini qeyd etdi. Nikol Paşinyan qondarma rejimin müzakirələrdə əsas tərəf olaraq, iştirak etməsini istəyir. Buradan belə bir sual ortaya çıxır: Əgər qondarma rejimdə yaşayan ermənilər Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində Azərbaycan ilə müzakirələrdə iştirakına səlahiyyət verməyiblərsə, Ermənistan hökuməti hansı hüquqi və mənəvi akt çərçivəsində Azərbaycanın işğal altında olan bölgələrində ordusunu saxlayır? Ermənistan milli pul vahidi niyə Dağlıq Qarabağda rəsmi tədavüldədir? Paşinyan bu məsələlərdə gülünc arqumentlər gündəmə gətirir. Dağlıq Qarabağın azərbaycanlı icmasının İlham Əliyev tərəfindən təmsil olunmasının normal olduğunu deyir. Burada Paşinyan yenə bir nüansı gözdən qaçırır. Dağlıq Qarabağ icması Azərbaycan vətəndaşlarıdır. Azərbaycanda keçirilən bütün seçkilərdə Azərbaycan vətəndaşları iştirak edir. Onların adından prezidentə səlahiyyət verilməsi olduqca təbiidir. Əgər Dağlıq Qarabağdakı ermənilər Paşinyana danışıqlarda iştirak etmək səlahiyyəti verməyibsə, onda 1925-28-ci illərdə davam edən müzakirələrdə Ermənistanın problemdə əsas tərəf kimi iştirakını necə izah edəcəklər?!”

Politoloq vurğulayıb ki, Paşinyan çox səthi və sıradan çıxarılması olduqca asan müddəalar irəli sürür:

“O, köhnə plan üzərində də işləmək istəmir. Buna görə də səlahiyyət problemini gündəmə gətirərək, vaxt udmağa çalışır. Bunu da Ermənistanın və Paşinyanın ən zəif nöqtəsi kimi dəyərləndirə bilərik”.

Tarix
2019.03.14 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib? - Video

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla