Yuxarı

Bakı hesab edir ki, həmsədrlərin son bəyanatı... - PA rəsmisi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT həmsədrlərinin bəyanatındakı fikirlərin bir qismi Azərbaycan hökumətinin mövqeyini əks etdirir. Biz hesab edirik, bu bəyanat Ermənistana ünvanlanıb.

Axar.az xəbər verir ki, bu sözləri Prezident Adminstrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bəyanatda bir daha aydın şəkildə qeyd edilir ki, danışıqlar prosesinə hər hansı şərtin qoyulması və ya danışıqların formatının dəyişdirilməsi kimi cəhdlər qəbuledilməzdir:

“Danışıqlar olduğu formatda davam etdirilməlidir. Bu prosesin davam etdiyi vaxtda nəticələr barədə hər hansı aqressiv ritorika əsasında fikirlərin səsləndirilməsi qəbuledilməzdir. Bəyanatda münaqişənin mərhələli həlli ilə bağlı prinsiplərə diqqət ayrılıb. Bir daha qeyd edilib ki, Dağlıq Qarabağ və ətraf əraziləri işğaldan azad edilməli, məcburi köçkünlər öz evlərinə qayıtmalı, təhlükəsizlik təmin edilməlidir. Bunların da əsasını Helsinki yekun aktı təşkil edir. Həmin aktda xalqların öz müqəddəratını təyin etmək və ölkələrin ərazi bütövlüyü məsələlərinin hansı əsasda həyata keçirilməsi aydın şəkildə əks olunub. Xalqların öz müqəddətarını həll etmək hüququ heç bir halda ölkələrin ərazi bütövlüyünə xələl gətirməməlidir. Qarabağın statusuna gəldikdə, Azərbaycan tərəfi ərazi bütövlüyü çərçivəsində hər zaman bu məsələni həll etməyə hazırdır. Bu da Helsinki yekun aktının prinsiplərinə istinad olunmalıdır”.

Tarix
2019.03.14 / 13:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla