Yuxarı

Pakistanın müdafiə naziri: Bakını həmişə dəstəkləmişik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin federal Müdafiə naziri Pervez Xattaq ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında hərbi sahədə əlaqələrin inkişafı məsələləri müzakirə olunub.

Səfir bildirib ki, Pakistan Günü münasibətilə keçirilən paradla əlaqədar Azərbaycan nümayəndə heyəti bu ölkədə səfərdə olacaq.

Nazir vurğulayıb ki, Pakistan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində həmişə Azərbaycanın yanındadır və bu mövqe sonra da davam etdiriləcək. O deyib ki, Azərbaycanın strateji mövqeyi, iqtisadiyyatın sürətlə inkişaf etməsi qardaş Pakistanı sevindirir. Pakistan Azərbaycan ilə bütün sahələrdə, o cümlədən hərbi istiqamətdə əlaqələrin genişləndirilməsində maraqlıdır.

Əli Əlizadə bildirib ki, Pakistan beynəlxalq forumlarda da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyini həmişə dəstəkləyib. Səfir vurğulayıb ki, Azərbaycan da Cəmmu və Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyir.

Tarix
2019.03.14 / 23:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla