Yuxarı

Qəninin Bakı çıxışı: Yeni dünya quruluşu yaratmalıyıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəyyən tədbirlər görməliyik, yeni dünya quruluşu yaratmalıyıq. Eyni zamanda, bizim əsas ölkələrin baxışları yeni dünyanın əsasını təşkil etməlidir. Bilavasitə mənim qarşımda duran vəzifələrdən biri məhz budur.

Axar.az xəbər verir ki, bu fikirləri Əfqanıstan Prezidenti Əşrəf Qəni VII Qlobal Bakı Forumunun açılışındakı nitqində söyləyib.

"Biz Əl-Qaidənin və sovetlərin Əfqanıstana hücumundan sonra bu cür dekonstruktiv güclərin qarşısının alınması istiqamətində yeni bir şəbəkə yaratmışıq. Biz bu şəbəkə vasitəsilə transmilli terrorçu qruplara qarşı müəyyən mühafizə tədbirləri görürük. Beləliklə, biz Əfqanıstanı məhz bu yolla dünyanın ən əmin-aman ölkəsinə çevirmək istəyirik. Biz bu sahədə bütün dünya ölkələri ilə əməkdaşlıq etməyə hazırıq. Beləliklə, biz dünya iqtisadiyyatına müstəqil şəkildə töhfə vermək istərdik. Düşünürük ki, biz xüsusilə yeni yanaşma yolu ilə qarşımızda duran əsas vəzifələrin azı 70 faizini yerinə yetirəcəyik. Beləliklə də bu müharibə və yoxsulluğun qarşısının alınması istiqamətində səylərimizi əsirgəməyəcəyik. Düşünürəm ki, bu Forum dünya siyasətinə yeni elementlər gətirəcək və beynəlxalq əməkdaşlığı gücləndirəcək. Əlamətdar haldır ki, bu Qlobal Forumun mövzusu mücərrəd deyil, bu, dünyanın gələcəyinin konturlarını cızacaq.

Mən bu kürsüdən möhtərəm cənab Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirmək istərdim. Həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinə, yüksək qonaqpərvərliyə görə Azərbaycan xalqına və hökumətinə dərin minnətdarlığımı bildirirəm", - Qəni vurğulayıb.

Tarix
2019.03.15 / 00:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla