Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 Mart 2019


Paşinyanın Azərbaycan xalqına həyasız müraciəti... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanın “Azərbaycan xalqı ilə də dialoqa hazıram” həyasız müraciəti insanda istehzalı bir təbəssüm doğurur.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, siyasətçi siyasətçi ilə dialoq aparmalı, siyasətçilərin danışıqlarından sonra yaranan xoş atmosferdən istifadə edərək xalqların nümayəndələri bir-biri ilə dialoqa girməlidir:

“Buna bəzən sivilizasiyalararası və yaxud “xalq diplomatiyasının hərəkətə gətirilməsi ilə dialoq” deyirlər. Paşinyandan soruşmaq lazımdır ki, həm Azərbaycan Prezidenti, həm də Azərbaycan xalqı ilə aparacağı danışıqların formatı necə olacaq? Maraqlıdır, Paşinyan Azərbaycan xalqına hansı arqumentlərlə müraciət edəcək?! Etnik təmizləməyə, soyqırımlara məruz qalmış Azərbaycan xalqı Paşinyanla müharibəyə hazırdır, nəinki dialoqa. Azərbaycan xalqı yalnız o zaman Paşinyanla dialoqa girər ki, o, erməni ordusunu işğal altında olan Azərbaycan torpaqlarından çəkib çıxarar, sülhpərvər mövqe tutar, istilaçı siyasətdən əl çəkər. Ancaq Paşinyanın bunları etməyəcəyi məlumdur. Hətta o öz addımları ilə danışıqlar prosesini təhlükəyə atır. Hazırda danışıqlar prosesinin konseptual istiqamətini ATƏT-in Minsk Qrupu həmsədrləri də müəyyənləşdirə bilmir”.

Politoloq vurğulayıb ki, Paşinyanın bu bəyanatında Azərbaycan xalqını ələ salmaq, oyunla oynamaq elementləri var:

“Belə görünür ki, Paşinyan artıq bütün ciddiyyətini itirib. İki ölkə arasında baş verən müharibə və onun doğurduğu ağır nəticələrə də o, tam ciddiyyətlə yanaşa bilmir və danışıqlar prosesini gözdən salan addımlar atmaqda davam edir.

Paşinyan ola bilsin ki, kimlərinsə təlqini ilə Azərbaycan tərəfə istehzalı münasibət nümayiş etdirməyə başlayıb. Ermənistan tərəfinin bu addımları istiqamətində Azərbaycana hərb seçimindən başqa bir yol qalmır. Azərbaycan bu cür yekəbaşlığın, özünü tanımazlığın cavabını vermək üçün ən azından 2016-cı ilin Aprel döyüşlərinə bərabər, hətta yüksək hərbi əməliyyatlara başlamalıdır. Bu gün buna ciddi ehtiyac duyulur. Çünki 2016-cı il Aprel döyüşlərindən sonra nəinki Ermənistan və onun qəyyumları, eyni zamanda beynəlxalq təşkilatlar da dərhal hərəkətə keçdi və sülhyaratma prosesinə dinamizm verməyə çalışdı”.

Politoloq vurğulayıb ki, Azərbaycan ya axıradək hərb yolla hərəkət edib torpaqlarını azad etməli, ya da Paşinyana bölgədə baş verən reallıqları dərk etməsi üçün dərs verməlidir:

“Əgər ikinci variant təsir etməsə, ölkəmiz Ermənistanla münasibətlərində müharibə xəttini birdəfəlik seçməlidir”.

Qeyd edək ki, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan Xankəndidə keçirilən Ermənistan və qondarma “dqr” “təhlükəsizlik şuralarının” birgə iclasında çıxışı zamanı dialoqu təkcə Azərbaycan Prezidenti ilə yox, həm də Azərbaycan xalqı ilə davam etdirməyə hazır olduğunu bildirib.

Tarix
2019.03.15 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
loading...
Digər xəbərlər

Kəmaləddin Heydərov: Bu, ciddi yanğındır

Ermənilər cəbhədə təxribat törətdi

Mail Yaqub Hamlet İsaxanlını darmadağın etdi: Allahsız...

Cəzalanan erməni əsgər Qarabağa göndərilirsə... - Şərh

Prezident İlham Əliyev həmkarını təbrik etdi

Tramp qələbə çala bilər: Demokratlar son zərbəni endirdi

Əli İnsanov xəcalət çəkirdi, yazırdı ki, aldanıb...

Azərbaycan BMT-nin keçirdiyi forumda - Foto

Avropanı daxildən parçalayan amillər – Şərh

Yaxın vaxtda sülh sazişinə ümid edirik - İcma sədri

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla