Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Mart 2019


Aynur Camalqızıdan "reketlik"lə mübarizə üçün təklif

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Mətbuat Şurasının “KİV haqqında” qanuna dəyişiklik edilməsi ilə əlaqədar yeni təklifləri var və həmin təkliflər rəsmi qurumlara təqdim edilib.

Şuranın sədr müavini, Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Modern.az-a açıqlamasında bildirib ki, qurumun məqsədi KİV haqqında qanunvericiliyə yeni düzəliş edilməsi, sənədə KİV orqanının təsisçisi ilə bağlı müddəa daxil olunmasıdır:

“İndiyə qədər belə idi ki, qanun pozuntusuna yol veriləndə KİV orqanının özü cərimələnirdi. Biz isə təklif edirik ki, cəzalar həm də qəzet və ya saytın rəhbərinə yönəlsin. Çünki qanun pozuntusuna yol verən mətbuat orqanı hüquq-mühafizə orqanlarının da müdaxiləsi ilə sıradan çıxır. Nüfuzdan düşdükdən sonra bir çox mətbuat orqanları fəaliyyətini dayandırır. Həmin şəxslər isə fəaliyyətindən əl çəkmir və bir müddət keçdikdə fərqli adlarda yeni KİV qurumu təsis edirlər. Hətta dəfələlərə yeni KİV orqanı təsis edərək, “reket”çilik edənlər var. Düşünürük ki, qanunsuzluğa yol verən KİV orqanlarının rəhbərlərinə ən azından müəyyən müddətlik yeni KİV orqanı təsis etməyə məhdudiyyət qoyulmalıdır”.

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı qeyd edib ki, ayrı-ayrı şəxslərin “reketçilik” fəaliyyətinə son qoymaq üçün media haqqında qanunlarda məsələyə aydınlıq gətirilməlidir:

“Başqa sahələrdən fərqli olaraq, jurnalistika təhsili olan-olmayan, hətta bu sahəyə aidiyyətsiz şəxslər asanlıqla domen adını qeydiyyatdan keçirib, sayt yarada bilir. Əksər hallarda bunu fırıldaqçılar, dələduzlar edirlər. İnsanları yalan, qeyri-düzgün məlumatlar yaymaqla şantaj edərək, maliyyə tələb edirlər. Bu çox iyrənc və jurnalistika adına ləkə gətirən məqamdır. Uzun illərdir bununla mübarizə aparmağa çalışırıq. Əməyimizin sayəsində “reketçilik”lə məşğul olan şəxslərin sayı xeyli azalıb. Hüquq-mühafizə orqanları da bununla bağlı müəyyən addımlar atır, özünü jurnalist adlandıran “reket”, dələduz mühakimə edilir, hətta bir neçəsi həbs edilib.

Amma bütövlükdə bunun qarşısını almaq üçün məsələnin qanunvericilik bazasını yaratmaq mütləqdir. Məsələn, Tibb Universitetini bitirməyən adamın əyninə ağ xalat geyinib, xəstə müayinə etməsi, əməliyyat aparması mümkün deyil. Halbuki, bacardı-bacarmadı istənilən adam rahatca özünü jurnalist kimi təqdim edə bilir. Bunun aradan qaldırılmasının yolları çoxdur. Məsələn, domen adlarının qeydiyyatdan keçirilməsində dəyişikliklər etmək, qaydalar müəyyənləşdirmək olar. Bir absurd situasiya formalaşıb - Azərbaycanda mediaya aid olan bütün sözlər artıq qeydiyyatdan keçirilib. Fəaliyyət göstərməsə belə, mediaya aid domen üzərində qurulan saytları əldə saxlayırlar. Məqsəd odur ki, kimsə informasiya saytı yaradanda həmin domeni satıb, pul qazansınlar. Gördüyünüz kimi, hətta işləməyən sayt adını belə qazanca çevririrlər”.

A. Camalqızı hesab edir ki, xəbər saytı yaradan şəxslərin qarşısına daha ciddi tələblər qoyulmalıdır:

“Məsələn, televiziya kanalı açmaq çətindir. TV təsis etmək istəyənlər Milli Televiziya və Radio Şurasının lisenziyası ilə yanaşı, bildiyim qədərilə, kanalın ən azı 1 illik fəaliyyətinə yetərli olacaq qədər bank hesabı, maliyyə təminatı təqdim etməlidirlər. Saytlarla bağlı belə bir tələb yoxdur. Bu məsələlərin tənzimlənməsi “reketçilik”lə mübarizədə əhəmiyyətli ola bilər. Şuranın bununla bağlı atdığı addımlar, irəli sürdüyü təkliflər təqdirəlayiqdir. “Reketçilik”lə məşğul olan şəxslərin yeni informasiya orqanı yaratmasına məhdudiyyət qoymaq, onların müəyyən müddət mediadan uzaq qalması daha bir önəmli addım ola bilər”.

Tarix
2019.03.15 / 16:28
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Ukraynalılar gənc yumoristi prezident seçir?..

Əli Həsənovdan Nazarbayevin istefasına - Reaksiya

Lavrovun “nüvə savaşı” narahatlığının səbəbi

Nazarbayevin prezidentlikdən gedişi... - Ekspert

Mehriban Əliyeva Nazarbayevanı təbrik etdi

Yalnız bundan sonra Nikol konstruktiv mövqe tutacaq - Şərh

Tokayev prezidentdir, yoxsa əvəzedici? – Hüquqşünas

Ermənistanın işğalına son qoyulacağı təqdirdə... - Nazir

Cənubi Azərbaycanda Novruz belə qeyd ediləcək - Foto

Lotu Quli Əli İnsanov haqda qərar verməlidir…

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla