Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 May 2019


Banklar kredit faizlərini aşağı salacaq – Qərar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Bankın qərarı ölkədə aparılan islahatlar fonunda atılan bir addımdır.

Bu sözləri Axar.az-a Mərkəzi Bankın uçot dərəcəsinin endirilməsi ilə bağlı qərarını şərh edən professor Fikrət Yusifov deyib. İqtisadçı ilk növbədə qərarın bank faizlərinə təsirindən söz açıb:

“Mərkəzi Bankın qərarı ölkədə aparılan islahatlar fonunda atılan bir addımdır. Dövlət dəstəyi nəticəsində aparılan bu islahatlar nəticə etibarilə bankların real sektora üz tutmasına gətirib çıxarmalıdır. Çünki bu gün iqtisadiyyatın banklardan bəhrələnməyə böyük ehtiyacı var. Təəssüf ki, banklar iqtisadiyyata və real sektora kreditlər verməklə bağlı müəyyən tərəddüdlər içərisindədirlər. Təbii ki, bu tərəddüdü yaradan səbəblərdən biri də kredit faizlərinin yüksək olmasıdır. Kreditlərin ucuzlaşmasını şərtləndirən əsas amillərdən biri də Mərkəzi Bankın uçot dərəcəsidir. MB-nin uçot dərəcəsini aşağı endirməsi isə o deməkdir ki, bank kreditlərinin faizində dəyişiklik olacaq. Belə ki, banklar öz müştərilərinə daha aşağı faizlərlə kreditlər verə biləcəklər”.

F.Yusifov Mərkəzi Bankın qərarının manata təsirindən də danışıb:

“Uçot dərəcəsinin endirilməsi indiki dövrdə manatın məzənnəsinin sabit qalması baxımından doğru bir addımdır”.

Qeyd edək ki, bu gün Mərkəzi Bank uçot dərəcəsinin 9.25 faizdən 9 faizə endirilməsi barədə qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 11%, aşağı həddi isə 7% səviyyəsində müəyyən edilib. Faizlərə növbəti dəfə aprelin 26-da baxılacaq. Bundan öncə AMB fevralın 1-də uçot dərəcəsinin 9.75 faizdən 9.25 faizə endirilməsi barədə qərar vermişdi.

Tarix
2019.03.16 / 09:09
Müəllif
Aygün Yusibova
Şərhlər
loading...
Digər xəbərlər

Gürcü lider: Unutmamalıyıq ki, Azərbaycan...

NATO-nun Rusiyanı sıxışdırmaq üçün yeni planı – Şərh

Mxitaryan Bakıya gəlmədi, ermənilər "qorxaq" dedi

İlham Əliyevə təbriklər gəlməkdə davam edir

DGK sədri üç rayonun sakinləri ilə görüşdü - Foto

Ordumuz bayramla bağlı silsilə tədbirlərə başladı

İrəvanın bizi bunda ittiham etməsi absurddur - XİN

Millət vəkili: Bu, şərəfsizlik və xainlikdir...

Markaryanın azərbaycanlı qohumları fəallaşıb – Qazi

Erməni havasına oynayanlar... - Millət vəkili

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla