Yuxarı

Rusiya ilə bağlı böyük təhlükə – Proqnoz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında neft qiymətlərinin yüksək olması hələ ki, Rusiya iqtisadiyyatına pozitiv təsir göstərir.

Bu sözləri Axar.az-a Rusiyada dolların rubl qarşısında ucuzlaşması ilə bağlı danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, Rusiyanın iqtisadi göstəricilərinin böyük əksəriyyətinə əsas iki amilin təsir etdiyini bildirib:

“Bunlardan biri təbii ki, neft və enerji daşıyıcılarının qiymətləri, digəri isə Rusiya-Qərb münasibətlərinin kəskinləşməsi, yaxud da sanksiya rejimi ilə bağlı yeni qərarlardır. Bu iki faktor Rusiyanın bütün makro-iqtisadi göstəricilərinə, o cümlədən rubla təsir göstərir. Bildiyiniz kimi, Rusiyada büdcədə neftin qiyməti 60 dollardan götürülüb. Hələlik neft qiymətləri Rusiyanın büdcə parametrlərinə qoyduğu qiymətdən yüksək olduğu üçün makro- iqtisadi göstəricilər zəifləmir. Yəni neft qiymətlərinin yüksək olması hələ ki, Rusiya iqtisadiyyatına pozitiv təsir göstərir”.

Ekspert buna baxmayaraq, gələcəkdə Rusiyaya qarşı işə düşəcək daha böyük sanksiyalar fonunda vəziyyətin tamamilə dəyişəcəyini bildirib:

“ABŞ-da hazırda Rusiyada korrupsiya sxemləri və rus rəhbərlərinə aid olan xarici hesablarla bağlı araşdırmalar gedir. Bu o deməkdir ki, yaxın həftələrdə Rusiya ilə bağlı böyük sənədlər açılacaq. Beləliklə, növbəti sanksiya dalğası Rusiyanın bütün iqtisadi göstəricilərinə, o cümlədən rublun məzənnəsinə mənfi təsir göstərəcək”.

Neft qiymətlərinə gəldikdə, iqtisadçı hələlik neft qiymətlərinin çox dar bir çərçivədə - 62-67 dollar arasında dəyişdiyini qeyd edib:

“Cəmi 5 dollarlıq bir dəhliz yaranıb ki, bu da elə də böyük göstərici deyil. Bu onu deməyə əsas verir ki, neft qiymətlərinə kifayət qədər təsir göstərəcək amillər ortaya çıxmayıb. Ancaq müxtəlif təsirlərə dair gözləntilər var. Yəni söhbət qiymətləri aşağı çəkəcək amillərdən söhbət gedir. Əgər yaxın gələcəkdə Venesuela ilə bağlı problemlərin həlli baş tutarsa, bu zaman ölkədə hasilat da artacaq. Eyni zamanda, Liviyada iki hökumətin olmasına baxmayaraq, artıq hasilatın bərpası və artırılması ilə bağlı razılığa gəlinib. Bu amillər reallaşarsa, neft qiymətlərində növbəti ucuzlaşma dalğası baş verəcək. Ancaq bu günə qədər neft qiymətlərinə təsiri olan hərəkətlərin davamlılığı nöqteyi-nəzərindən qiymətlərin bahalaşması ehtimalı da var”.

N.Cəfərlinin sözlərinə görə, OPEK və OPEK-ə daxil olmayan ölkələrin tezliklə Bakıda reallaşacaq növbəti görüşündə hasilatın azaldılması ilə bağlı qərar qəbul edilərsə, bu, neft qiymətlərinə müvəqqəti də olsa, pozitiv təsir göstərə bilər:

“Ona görə də neft qiymətləri hələlik çox dar çərçivədə hərəkət etməkdə davam edəcək. Hər şey gələcək siqnallardan asılı olacaq. Siqnallar neftin bolluğuna işarə edərsə, bu, qiymətlərin düşməsinə, hasilatın azaldılması yönündə informasiyalar daha çox olarsa, bu, qiymətlərin bahalaşmasına səbəb olacaq. Hər iki ehtimalın Rusiya iqtisadiyyatına birbaşa təsirləri var. Təsadüfi deyil ki, dünya rublu “kağız neft” adlandırır. Çünki neft qiymətlərinin rubla təsiri kifayət qədər böyükdür”.

Qeyd edək ki, ötən gün Rusiyada dolların kursu 65 rubla qədər geriləyib.

Tarix
2019.03.17 / 10:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla