Yuxarı

Xankəndidə İran təyyarəsi vuruldu: diplomatlar öldü - Tarix

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

1994-cü il martın 17-də İranın Rusiyadakı səfirliyinin bir sıra əməkdaşının olduğu “Herkules C-130” hərbi nəqliyyat təyyarəsinin Xankəndi səmasında Ermənistan silahlı bölmələri tərəfindən vurulmasından 25 il ötür.

Axar.az xatırladır ki, hadisə nəticəsində 9 uşaq da daxil olmaqla, 19 sərnişin və 13 nəfərdən ibarət heyət üzvü həlak olub.

Təyyarədəki şəxslərin İranın Moskvadakı səfirliyinin əməkdaşları və onların ailə üzvləri olduğu, Novruz bayramı münasibətilə Tehrana gedərkən qətlə yetirildikləri bildirilib.

Ermənistan hakimiyyəti hadisədən dərhal sonra açıqlama verərək, təyyarənin nasazlıq üzündən yerə çırpıldığını iddia etsə də, Azərbaycan kəşfiyyatı bunun yalan olduğunu açıqlayıb.

Hadisədən sonra İran hökuməti araşdırma komissiyası yaradıb. 1994-cü il martın 31-də Azərbaycan Prezidenti Heydər Əliyev həmin komissiyanı qəbul edərək, müzakirələr aparıb. O vaxt ermənilər hadisə ilə bağlı hiyləyə əl atıb şayiə yaydılar ki, guya Azərbaycanın Gəncədəki dispetçer məntəqəsi bilərəkdən İran təyyarəsinə yanlış koordinatlar verməklə onu Xankəndi istiqamətinə yönəldib. Lakin Azərbaycan təhlükəsizlik orqanlarının müəyyən etdiyi faktlar, eləcə də erməni rəsmilərinin ziddiyyətli ifadələri bu fitnəni də alt-üst etdi.

Belə ki, Azərbaycan kəşfiyyatçıları erməni hərbçilərinin olayla bağlı radiostansiya danışıqlarını yaydı. Məlum oldu ki, ermənilər həmin təyyarəni Azərbaycana məxsus olduğunu zənn edərək vurublar. Sözügedən danışıqlarda “Biz bir neçə dəqiqə əvvəl Azərbaycana məxsus təyyarəni vurduq” cümləsi yer alırdı.

İran rəsmilərinin keçirdiyi ekspertiza da erməni yalanını aşkara çıxardı. Ekspertizanın rəyinə görə, təyyarəyə iki raket mərmisi dəymişdi.

Hadisədən sonra İranın o zamankı prezidenti Əli Əkbər Haşimi Rəfsəncani Ermənistan hakimiyyətindən günahkarların tapılaraq cəzalandırılmasını tələb etsə də, bu istəyi yerinə yetirilmədi.

İran Xarici İşlər Nazirliyi hadisə ilə bağlı rəsmi bəyanat yayaraq, təyyarənin vurulmasında erməni tərəfinin məsuliyyət daşıdığını bildirdi:

“İranın qəza qurbanları üçün kompensasiya almaq hüququ var və erməni rəhbərliyini təyyarənin məhv edilməsi ilə bağlı günahkarların tapılması və cəzalandırmasına çağırır”.

Bəzi rus ekspertlər İran təyyarəsinin kəşfiyyat missiyası icra etmək üçün havaya qalxdığını iddia etsə də, İranın Xarici İşlər Nazirliyi bu fərziyyələri də qəti sürətdə rədd etdi.

Beynəlxalq İnsan Haqları təşkilatının terror aktı ilə bağlı yaydığı açıqlamada isə bu sözlər yer almışdı:

“Müharibə qanunlarına görə, Qarabağ ermənilərinin silahlı birləşmələri atəş açmamışdan öncə hava gəmisinin məxsusluğunu müəyyən etməli idilər. Əgər onlar hava gəmisinin identifikasiyası üçün bütün mümkün vasitələrdən istifadə etməyiblərsə, bu, humanitar hüququn ciddi pozuntusudur”.

Qeyd edək ki, İran diplomatlarını qətlə yetirməsinə baxmayaraq, Tehran buna görə Ermənistandan nə təzminat alıb, nə də cinayəti törədənlərin cəzalanmasına nail olub. Bu qətliam belə İranın Ermənistana yardımlarını dayandırmayıb.

Tarix
2019.03.18 / 11:16
Müəllif
Aqşin
Şərhlər
Digər xəbərlər

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla