Yuxarı

Əli İnsanov dünən və bu gün: nələr deyir? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur bir fikir var: Bir dəlilər, bir də ölülər öz fikirlərini dəyişmirlər.

Amma yerdə qalan hər kəs bir vaxtlar üstündə qətiyyətlə durduğu fikri dəyişə, qızğınlıqla müdafiə etdiyi mövqeyi tərk edə bilər.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, sabiq səhiyyə naziri Əli İnsanov da istisna olmadı, o da vəzifədən götürüldükdən və həbsxanaya salındıqdan sonra öz fikrini 180 dərəcə dəyişdi.

Bir zamanlar o, müxalifətçiləri "Qərbin agentləri", "faşistlər" adlandırır, parlamentin tribunasından çıxış edərək onların güllələnməli olduğunu deyirdi. Bu gün Əli İnsanov özü Qərb demokratiyasından və insan hüquqlarından, haqsızlıqdan bəhs edir.

Bu, paradoksal olduğu qədər də anlaşılandır. Çünki o vaxt nazir Əli İnsanov başqa bir mövqedəydi, iqtidar komandasının ən nüfuzlu beş adamından biriydi, müxalifləri komandasına və şəxsən özünə təhlükə sayırdı. Ancaq sonradan məlum oldu ki, onun üçün əsl təhlükə başqa yerdə gizlənirmiş - özünün hüdudsuz ambisiyalarından.

Bəs hansı Əli İnsanov səmimidir: demokratları repressiya etdirmək istəyən nazir Əli İnsanov, yoxsa indi demokratiyadan danışan sabiq dustaq Əli İnsanov?

İkisinin də səmimi olması qeyri-mümkündür. Ancaq ikisinin də qeyri-səmimi olması tamamilə mümkündür.

Hər halda oxucu-tamaşaçılarımız bu videoya baxaraq, 15-20 öncəki və indiki Əli İnsanovlardan hansının daha səmimi olduğunu özləri ayırd edə bilərlər.

Tarix
2019.03.18 / 11:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla