Yuxarı

Əliyev bunun üçün çox zəhmət sərf edir - Qani

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə Türk Standartları İnstitutunun (TSİ) Azərbaycandakı nümayəndəliyi arasında imzalanan sazişə əsasən, TSİ-nin Türkiyədən dəvət olunmuş nümayəndəsi Arif Qani Akademiyanın inzibati heyəti üçün təlimlər keçib.

DGKA-dan Axar.az-a bildirilib ki, TSİ-nin Baş katibinin müşaviri, TSEN ISO 9001 - Keyfiyyətin İdarəolunması Sistemi üzrə baş auditor Arif Qani təlimlər, akademiya və Azərbaycanla bağlı fikirlərini bölüşüb.

- Azərbaycan ali təhsil müəssisələri arasında ilk olaraq Dövlət Gömrük Komitəsinin Akademiyasında təlim verdiniz?

- Bəli, Azərbaycan ali təhsil müəssisələri içərisində ilk olaraq Dövlət Gömrük Komitəsinin Akademiyasında təlim keçdim. Bundan öncə, 2015-ci ildə Azərbaycanda olmuşdum, amma o zaman başqa bir sahə üzrə tədqiqat üçün gəlmişdim. İlk ali təhsil ocağı olaraq bura gəldim və çox şad oldum.

- TSİ-nin Baş katibinin müşaviri, baş auditor vəzifələrində işləyirsiniz və təlimlər keçirsiniz. Bir qədər bizə öz işinizdən bəhs edərdiniz.

- Türk Standartları İnstitutunda 1985-ci ildən işləyirəm. Əvvəlcə mühasib, sonra maliyyə sahəsində, bir müddətdən sonra isə İstanbulda maliyyə və inzibati işlərdə çalışdım. Üç il TSİ-nin İstanbuldakı Keyfiyyətin təminatı şöbəsinə rəhbərlik etdim. Orada maliyyə bölməsinin müdiri, sonra nəzarət şöbəsinin rəhbəri oldum. Bu müddətdə keyfiyyətin təminatı sistemi üzrə təhsil aldım, tədqiqatlar apardım. Daha sonra imtahandan keçərək baş tədqiqatçı oldum. 1985-ci ildən indiyə bu sahədə böyük təcrübə qazandım. Həmçinin xaricdə təcrübə əldə etdim. TSİ olaraq Türkiyənin hər tərəfində bu sahədə təlimlər veririk. Ölkə xaricində təlimlər keçirik. Bir həftə ərzində Dövlət Gömrük Komitəsinin Akademiyasında təlimlər keçdim.

- Akademiyadakı təlimləriniz, buradakı auditoriya barədə nə deyə bilərsiniz?

- Biz müəllimlər tədris zamanı təhsil alanların həm davamiyyətinə, həm də qabiliyyətlərinə baxırıq. Burada həm davamiyyət, həm də iştirakçıların performansı çox yaxşı idi. Eyni zamanda, təlimlərin mahiyyəti üzrə auditoriyadan çoxlu maraqlı suallar gəlirdi və bu, məni çox sevindirdi. Çünki sualların olması burada çalışanların keyfiyyət məsələsi ilə maraqlandıqlarını bildirir, onların baxışlarının göstəricisidir. Mən beşgünlük təlimi çox yüksək dəyərləndirirəm. Burada mən böyük maraq gördüm və çox şad oldum.

- Bir ali təhsil müəssisəsi üçün keyfiyyətin təminatı məsələsi nə qədər önəmlidir?

- Keyfiyyətin təminatı sistemi etibardır, səviyyədir, ölkədaxili və beynəlxalq bir kimlikdir. Bu, sizin fəaliyyətinizi ölkədaxili və beynəlxalq kimlik olaraq göstərir. Bu baxımdan çox vacibdir, ona görə də, sistemli olaraq bu işlər görülməlidir. Bir ali təhsil müəssisəsi üçün çox önəmlidir.

- Dövlət Gömrük Komitəsinin Akademiyasının fəaliyyətini keyfiyyətin təminatı baxımından nəzərdən keçirdinizmi? Hansı fikirləriniz var?

- Əvvəlcə deyim ki, burada bir səmimiyyət hiss etdim. Rəsmi tərəfdən, hər kəsin qaydalara və qanunlara riayət etməsi nəzərimi cəlb etdi. Bu, çox önəmlidir. Bu akademiyada çalışan insanların öz vəzifələrinin məsuliyyətini bildiklərini gördüm. Belə insanlarla ünsiyyətdə olmaq xoş oldu. Burada kollektivi, əməkdaşları səmimi, ciddi, məqsədyönlü gördüm, bunu hiss etdim. Belə olan yerdə keyfiyyətin təminatı sisteminin tətbiqi uğurlu olur.

- Siz burada olduğunuz müddətdə Xocalı faciəsi ilə bağlı tədbirə qatıldınız. Akademiya tələbələrinin çıxışlarını izlədiniz. Tələbələr barədə də fikirləriniz maraqlı olardı.

- Xocalı qətliamı bizim də faciəmizdir, orada qətlə yetirilənlər bizim də şəhidlərimizdir. Tədbirə qatıldığım üçün akademiya rəhbərliyinə minnətdaram. Tələbələrin çıxışlarını çox bəyəndim. Tələbə-gənclərin bu faciəni teatr səhnələri ilə təqdim etmələri, onu hiss etmələri məni kövrəltdi. Belə vətənpərvər gənclərlə ünsiyyət xoş təəssürat bağışladı. Tələbələrlə söhbətləşdim, onların biliyə, elmə marağını hiss etdim.

- Ölkəmiz haqqında təəssüratlarınızı bilmək istərdik.

- Mən 15 il bundan öncə Naxçıvanda olmuşdum, keçən il də oldum. Davamlı olaraq inkişaf edən, davamlı güclənən bir Azərbaycan var. Mən Azərbaycanda bunu görürəm. Dövlət başçısı bunun üçün çox zəhmət sərf edir. Ölkə beynəlxalq miqyasda fəaliyyət göstərəcək gəncliyi yetişdirir.

Tarix
2019.03.18 / 20:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla