Yuxarı

Əli Həsənov: Bu prosesdə heç bir qaranlıq məqam yoxdur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun on illik yubileyi qeyd olunub. Novruz bayramı ərəfəsində qeyd olunan yubileyde eyni zamanda müsabiqədə qalib gələn jurnalistlərin mükafatlandırma mərasimi də keçirilib.

Axar.az xəbər verir ki, dövlət rəsmilərinin, səfirlərin, millət vəkillərinin, icra başçılarının, media nümayəndələrinin və incəsənət xadimlərinin iştirakı ilə baş tutan tədbir Azərbaycan himninin səsləndirilməsindən sonra açıq elan olunub.

KİVDF-nin yubiley tədbirində qurumun on illik fəaliyyətinə həsr olunmuş videosüjet nümayiş olunub.

Fondun icraçı direktoru Vüqar Səfərli çıxışı zamanı jurnalist əməyinin stimullaşdırılması, media ilə dövlət qurumları arasında inkişaf etdirilən dialoqun yaradılması istiqamətində əldə olunan uğurlardan danışıb:

“KİVDF cənab prezident İlham Əliyevin 10 il bundan öncə 3 aprel fərmanlıyla yaradılıb. Qurum yarandığı gündən media nümayəndələri, yerli və mərkəzi icra nümayəndəlikləri, mərkəzi orqanlar, dövlət qurumları ilə birgə çoxsaylı layihələr reallaşdırıb.

Fondumuz ildə üç dəfə - Novruz bayramı, Mətbuat günü və Dünya Azərbaycanlılarının Həmrəylik günündə jurnalistlər arasında müsabiqə elan edərək mükafatlandırma mərasimi keçirir.

Bu dəfəki müsabiqədə 54 KİV orqanından 145 jurnalist iştirak edib və onların 109-u mükafata layiq görülüb".

Vüqar Səfərlidən sonra tədbir Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun nitqi ilə davam etdirilib:

'Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu Azərbaycanda medianın inkişafında müstəsna rol oynayaraq azad media siyasətini həyata keçirir. Fondun yaradılması təşəbbüsü cənab prezident İlham Əliyev tərəfindən irəli sürülüb. 11 il öncə KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası qəbul olundu. 10 il əvvəl isə KİVDF yaradıldı. Fondun bu on illik fəaliyyətindəki ən böyük xidməti KİV-ə yardımın şəffaflaşdırılması oldu. Bu on il ərzində jurnalistlərə göstərilən bütün yardımlar Fondun Müşahidə Şurasının iştirakı ilə həyata keçirilir. Əlbəttə, bütün bunların reallaşmasında cənab prezidentin rolu əvəzolunmazdır. Ümumilli lider Heydər Əliyevdən sonra cənab prezident qədər jurnalistlərin qayğısına qalan ikinci bir siyasətçi yoxdur".

Nitqindən sonra Əli Həsənov ilk qalibləri özü mükafatlandırıb. Millət vəkilləri, səfirlərin, dövlət rəsmilərinin müsabiqə qaliblərini təltif etməsindən sonra KİVDF rəsmi dövlət nümayəndələrinə mükafatlarını təqdim edib.

Qeyd edək ki, 2019-ci il fevralın 1-dən martın 15-dək davam edən müsabiqəyə ümumilikdə 54 KİV-dən 145 yazı təqdim olunub, yazılar 12 ekspert tərəfindən qiymətləndirilib, 109 jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub.

Müsabiqə 19 istiqamət üzrə keçirilib.

Tarix
2019.03.18 / 20:50
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla