Yuxarı

Əsgər üçəm atası oldu, Zakir Həsənov göstəriş verdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Novruz bayramı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Ömər Ələkbərovun ailəsinə də unudulmaz sevinc hissləri bəxş edib.

Axar.az xəbər verir ki, 12 illik həsrətdən sonra onun ailəsində üçəm dünyaya gəlib. Biri qız, ikisi oğlan olan körpələrə erməni vəhşiliyinin qurbanı məsum Zəhranın və Milli qəhrəmanlarımız Mübarizlə Çingizin adları verilib. Körpələr sağlam və gümrahdırlar.

Ömər Ələkbərov Gəncədə anadan olub. Müddətli həqiqi hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında, Ermənistanla sərhəddə ön səngərdə başa vurduqdan sonra həyatını həmişəlik olaraq ordu ilə bağlayıb. Beş ildən çoxdur ki, Vətənə sədaqətlə xidmət edir. Nümunəvi davranışı, nizam-intizamı və döyüş qabiliyyəti, peşəkarlığı ilə silahdaşlarının və komandirlərinin rəğbətini qazanıb. Cəbhə bölgəsində xidmətlərinə görə dəfələrlə mükafatlandırılıb. Hazırda motoatıcı taqım komandirinin müavinidir. Körpələrinin dünyaya gəlməsi 13 yaşında itirdiyi ata-anasının yoxluğunu qismən də olsa, ona unutdurub.

Müdafiə Nazirliyinin rəhbərliyi, Ö.Ələkbərovun xidmət etdiyi hərbi birliyin komandanlığı ailənin bütün problemlərinin həllini öz üzərinə götürüb.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığı ilə bir qrup əməkdaş martın 18-də körpələri K.Fərəcova adına Elmi-tədqiqat Pediatriya İnstitutundan təntənəli mərasimlə çıxarıblar.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyi rəhbərliyinin, eləcə də bütün hərbi qulluqçuların adından ailəyə gözaydınlığı verib, tibb işçilərinə minnətdarlığını bildirib. Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin mahnı və rəqs ansamblının milli geyimli üzvləri şirinlik paylayıb, üzərlik yandırıblar. Gəncə şəhərində üçotaqlı xidməti mənzilin açarları ailəyə təqdim edilib.

Baş həkim, tibb üzrə fəlsəfə doktoru, dosent Səadət Ələsgərova və tibb elmləri doktoru, həkim Ədilə Hacıyeva Müdafiə Nazirliyinin bu təşəbbüsünü yüksək dəyərləndirib, körpələrin valideynlərini bir daha təbrik edib. O, Azərbaycan əsgərlərinə səmimi salamlarını çatdıraraq Qarabağa zəfər yürüşündə qəhrəman döyüşçülərimizin sıralarında olacaqlarını vurğulayıb.

Kiçik çavuş Ömər Ələkbərov göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirərək deyib: “Mən Azərbaycan Ordusunun əsgəri olmağımla fəxr edirəm. Arxamızda böyük bir xalqın və cənab İlham Əliyev kimi müdrik Prezidentin, qətiyyətli sərkərdənin durmasından qürur duyuram. Ölkəmizin iqtisadi potensialının dinamik inkişafı nəticəsində Ordumuzun maddi-texniki bazası daha da möhkəmləndikcə bizim - hərbi qulluqçuların sosial müdafiəmiz, xidmət və mənzil-məişət şəraitimiz, ailələrimizə göstərilən qayğı da bir o qədər yüksəlir. Mənə və ailəmə bu gün göstərilən qayğı ümumiyyətlə, hər bir hərbi qulluqçuya göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir. Bircə o qalır ki, göstərilən etimadı nümunəvi xidmətlərimizlə doğruldaq. Ali Baş Komandanımızı və Müdafiə Nazirliyinin rəhbərliyini əmin edirəm ki, Vətən qarşısında əsgəri borcumu bundan sonra da şərəflə yerinə yetirəcək və ümidləri əməli fəaliyyətimlə doğruldacağam”.

Üçəmlər və valideynləri musiqi sədaları altında Gəncəyə - yeni mənzilə yola salınıblar.

Tarix
2019.03.18 / 23:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla