Yuxarı

Lotu Quli Əli İnsanov haqda qərar verməlidir…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli İnsanovun həbsdən çıxan günü mediaya verdiyi bir neçə cümləlik açıqlaması artıq iki gündür müzakirə edilir. Daha doğrusu, onun hər cümləsi ilə bağlı münasibətlər bildirilir.

Səbəbi çox sadədir. Çünki Əli İnsanov işlətdiyi bir neçə cümlə ilə düşüncə və dünyagörüşünün fərqli çalarlarını bütövlükdə ortaya qoydu.

Onun “müxalifət mənə qoşula bilər”, “ABŞ Konqresinə təşəkkür” və s. ifadələri artıq reaksiyasını alıb. Yeri gəlmişkən, Əli İnsanovun ABŞ Administrasiyası deyil də, birbaşa ABŞ Konqresinə “təşəkkürü” də onun “siyasi savadının” bəhrəsi idi.

Ancaq məni bir insan olaraq düşündürən onun ailəsi ilə bağlı verdiyi açıqlama oldu ki, bunu da millət vəkili Qüdrət Həsənquliyev çox dəqiq təyinlə müzakirəyə təqdim etdi.

Siyasi dünyagörüşü ilə bərabər, Əli İnsanov ailəyə münasibətini ortaya qoymayla, həm də cəmiyyətə bir ismarış verdi. Çünki ailə cəmiyyətin və bütövlükdə dövlətin “mənşəyi” hesab olunur. Ailəyə münasibət həm də cəmiyyətə baxışın, ictimai dəyərlərə münasibətin məcmusudur.

Əli İnsanov 14 ildə ailəsini – xanımını, oğlunu, qızını, gəlinini cəzaçəkmə müəssisəsinə yaxın buraxmayıb, onlarla görüşməyib, telefonla da danışmayıb. Vəkilinin bu barədə “o, belə bir sərt adamdır” sözlərini mediaya açıqlamasında təsdiqləyən Əli İnsanov bu addımını “həbsxana qanunları ilə”, “oğru dünyasının qanunlarına hörmət etməklə” izah etdi.

Əvvəla, bir ailə başçısı öz oğlunu, xanımını fürsəti olduğu halda necə görmək istəməz? Bu ürəyə sahib olan, öz ciyərparasını 14 il qanuni oğru ideologiyasına hörmət etdiyi üçün yaxın buraxmayan bir şəxs necə siyasi iddiaya düşə bilər?

Bu düşüncəni daşıyan insan “sabah” cəmiyyətə, ictimaiyyətə, onun ayrı-ayrı fərdlərinə qarşı hansı humanizm göstərə bilər? Öz oğlunu “prinsiplərinə” 14 il qurban edən şəxs sabah bu cəmiyyətin hansı üzvünü əfv edər, onun mümkün səhvini bağışlayar?

73 yaşlı bir insanda rəhm, ürək genişliyi, sevgi tükənibsə, insanın bütün varlığını yalnız qisas və intiqam hissi bürüyübsə, cəmiyyət belə insandan nə xeyir görər?

Ölkə başçısı, məmur, ictimai xadim, siyasətçi həm də böyük ürəyi, alternativ fikrə dözümü, hətta yanlış edən şəxsi bağışlama xarakteri ilə fərqlənir. Əli İnsanovda bu sadalananların bir hərfinin kölgəsini hiss etdinizmi?

Digər tərəfdən, Əli İnsanov bir daha təsdiqlədi ki, o, heç bir halda siyasi məhbus deyil, siyasi şəxs də deyil: o, etdiyi əmələ, məhz çevriliş cəhdinə görə həbsə atılan cinayətkardır!

Əlbəttə, həbsxanada kimin necə davranmasını özü müəyyən edir. Həbsxananı nahaq yerə “akademiya” adlandırmırlar ki – burda insan bütövlükdə öz xarakterini göstərir.

Əli İnsanov da öz xarakterini göstərib və əsl “qanuni oğru kimi” yatıb. Həbsxanada rəisin otağının harda yerləşdiyini bilməmək kriminal avtoritetlərin xarakteridir, ailəsini türmənin yaxınlığına qoymamaq qanuni oğruların yaşadığı ideologiyadır. Əli İnsanov həbsxanada bu ideologiya ilə yaşayıbsa, onu kimsə suçlaya bilməz. Amma o xarakterinə, xidmət etdiyi ideologiyaya uyğun yolla da getməlidir.

Məncə, Əli İnsanovun bu açıqlamaları artıq onu sivil toplumun və siyasi cameənin müzakirə predmetindən çıxarır. Artıq Əli İnsanov haqda, məsələn, Lotu Quli danışmalıdır. Məsləhət olarsa, Lotu Quli onunla bağlı hansısa müzakirə - "sxodka" - keçirə, hətta oğru titulu ilə təltifləndirə də bilər.

Yəni faktiki olaraq Əli İnsanov bütün düşüncəsi, yaşam tərzi və həyata baxışı ilə hansı dünyanın adamı olduğunu nümayiş etdirdi. O indi yalnız və yalnız oğru dünyasında özünə mövqe axtarmalıdır - əlbəttə, əgər o dünyanın liderləri onu özlərinə “qoşmaq” istəsələr.

Həm də Azərbaycan kriminal avtoritetlər üçün qadağan olunmuş məkanlardan sayılır, bu ölkədə hüquq-mühafizə orqanları “oğru” qanunlarının işləməsinə imkan vermir. Bu düşüncə ilə Əli İnsanovun Azərbaycanda yaşaya biləcəyi də mübahisəlidir – yəqin ki, ömrü vəfa etsə, kriminallar üçün “yaşıl ölkələrdən” birini seçməsi daha doğru olar.

Ancaq “oğru aləmində” ən önəmli məsələlərdən biri də sədaqətdir. Bu aləmdə, bildiyim qədəri ilə, xəyanət edəni türməyə salmırlar.

Yəni Əli İnsanov çox ehtiyatlı olmalıdır. Çünki onun öz liderinə bir dəfə xəyanət etdiyini yəqin “oğrular” da bilir…

Tarix
2019.03.20 / 21:44
Müəllif
Aynur Camalqızı
Oxunub
24 850
Şərhlər
Digər xəbərlər

Xankəndidə yaşanan mistika və Əliyevin eyhamı...

Bu gün Xankəndi Paradına Onlar da qatılacaq…

“Xocalı alınsın...” Niyə belə qarğımışdın, Qənirə?

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd artıq bizdədir!

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Mehriban xanımın Laçında dediyi bu söz...

Ad gününü Laçın Gününə qatan Xanım…

Rasim Balayev nəyi “səhv” etdi ki…

Əliyevi əcnəbi jurnalistlərə sevdirən səbəb…

İlham Əliyev bu günü yaddaşımızdan sildi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla