Yuxarı

ABŞ-dan İlham Əliyevin əfv sərəncamı ilə bağlı - Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatları Azərbaycanda 400-dən çox məhbusun əfv edilməsini alqışlayır.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Birləşmiş Ştatlar 16 mart tarixli əfv sərəncamını və 400-dən çox insanın azad edilməsini alqışlayır:

"Biz Azərbaycanı öz vətəndaşlarının əsas azadlıqlarını qorumaq üçün gələn aylarda beynəlxalq öhdəliklərinə uyğun olaraq əlavə müsbət addımlar atmağa təşviq edirik".

Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Əfv sərəncamı, o cümlədən, 14 xarici vətəndaşa şamil olunub.

Tarix
2019.03.20 / 18:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla