Yuxarı

İrəvan qorxuda: Bakıdan niyə şikayət etdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun son təlimləri, üstəgəl Ermənistanla sərhəddi gücləndirməsi tədbirləri İrəvanı narahat edib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Ermənistan XİN-nin mətbuat katibi Anna Naqdalyanın martın 20-dəki brifinq zamanı ATƏT-ə şikayət məktubu göndərmələri ilə bağlı qeydi təsadüfi deyil:

"Şikayət məktubunun məğzi guya Azərbaycanın beynəlxalq təşkilatları əvvəlcədən xəbərdar etmədən hücum hədəfli hərbi təlimlər keçirməklə beynəlxalq razılaşdırmalara zidd addım atması ilə bağlıdır. Erməni diplomat onu da deyib ki, Azərbaycanın Ermənistan sərhəddində yeni hərbi baza yaratması da bölgədə inam atmosferinin formalaşmasına xidmət etmir. Guya işğala məruz qalanla işğalçı arasında nəsə inam atmosferi var imiş. Bu açıqlamadan sonra Anna Naqdalyan şantaj xarakteli açıqlama verməklə müdafiə nazirləri Tonoyanın bir müddət əvvəlki bəyanatını təkrarlayıb: “Biz müdafiə olunmaq və əks zərbə vurmaq hüququnu özümüzdə saxlayırıq”. Özləri üçün danışırlar".

Politoloq vurğulayıb ki, hərbi təlimlər hüququmuzdur, torpağı işğal altında olan dövlət hərbi təlimlər barədə kimisə əvvəlcədən xəbərdar etməməlidir:

"Ermənistan separatçılarla birgə işğal altındakı torpaqlarda hərbi təlimlər keçirəndə nə kiməsə xəbər verir, nə də beynəlxalq hüquqa istinad edir. Hərbi təlimlərin sayını və miqyasını artırmaq siyasətini davam etdirməliyik".

Tarix
2019.03.20 / 21:06
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla