Yuxarı

Lavrovun “nüvə savaşı” narahatlığının səbəbi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar ABŞ və Rusiya arasında silah nəzarəti sahəsində müqavilələr pozulur. Bu da iki ölkə arasında olan münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarır.

Bu sözləri Axar.az-a Rusiya XİN rəhbəri Sergey Lavrovun dünyada nüvə müharibələrinin reallaşa biləcəyi ilə bağlı açıqlamasını şərh edən politoloq Zaur Məmmədov deyib. O bildirib ki, ABŞ və Rusiyanın nüvə silahının yayılması, yaxın və orta mənzilli raketlərlə bağlı müqavilələrdən çıxması dünyadakı vəziyyəti daha da gərginləşdirəcək:

“ABŞ və Rusiya arasında, SSRİ və ABŞ arasında olduğu kimi, silahlanma yarışı davam edir. Artıq iş o həddə gəlib çatıb ki, kosmosda hərbi sistemlərin yerləşdirməsi ilə bağlı da onlar arasında yarış başlayıb. Doğrudur, ABŞ və Rusiya arasında nüvə müharibəsinin baş verəcəyini düşünmürəm. Lakin Lavrovun nüvə müharibələrinin başlaya biləcəyi ilə bağlı açıqlaması Rusiyanın ABŞ-ın son hərəkətlərindən, bu müqavilədən çıxmasından çox narahat olmasını göstərir. Bu narahatlıq bundan sonra Rusiyanın da daha çox hərb sənayesinə diqqət ayıracağına işarədir”.

Politoloq vurğulayıb ki, ABŞ və Rusiyanın hərbi büdcələri arasında kəskin fərq var:

“ABŞ iqtisadi cəhətdən güclü dövlət olduğuna görə bu gün 700 milyard dollara qədər hərbi büdcəyə sahibdir. Rusiyada isə bu rəqəm 45-60 milyard dollar arasındadır. Faktiki olaraq bu gün Çin də hərbi qüdrətini artıran, bu yarışda iştirak edən ölkələrdəndir. Təəssüflər olsun ki, BMT TŞ-nın üzvü olan bu dövlətlər dünyada sülhün və əmin-amanlığın qorunmasına zidd olaraq, hərbi qüdrətini artırmaq üçün yarışa çıxır. Dünyada gedən qanlı toqquşmaların, müharibələrin əksəriyyəti bilavasitə bu dövlətlərin adı ilə bağlıdır”.

Tarix
2019.03.21 / 15:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla