Yuxarı

Ukraynalılar gənc yumoristi prezident seçir?..

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada prezident seçkisinə 10 gün qalıb. Gənc yumorist artist Vladimir Zelenski reytinqlərdə birincidir. Ukraynada prezident seçkisində ikinci tur qaçılmazdır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Zelenskinin ikinci tura çıxacağı şübhə doğurmur:

“Zelenskidən başqa iki namizədin ikinci tura çıxmaq şansı böyükdür. Biri hazırki dövlət başçısı Pyotr Poroşenko, o birisi isə müxalifət liderlərindən Yuliya Timoşenkodur. Bakıda Qlobal Foruma gələn Ukrayna XİN-nin yüksək rütbəli diplomatıyla (nazir üçün analitik hesabatlar hazırlayır) tədbirdən kənarda geniş söhbətimiz oldu. Onun proqnozuna görə, ikinci tura Zelenski və Poroşenko çıxsa, hazırki dövlət başçısı qələbə çalacaq. Görünür, Poroşenko “xalq qos-qoca dövləti artistə etibar etməz” prinsipini əlində rəhbər tutaraq ikinci turda o biri namizədlərin elektoratını öz tərəfinə çəkə biləcəyini düşünür.

“Bəs Zelenski qələbə çalsa, Ukraynada nələr olacaq” sualıma isə maraqlı cavab aldım. Belə ki, Ukraynada yarızarafat, yarıciddi deyirlər ki, Zelenski qələbə çalsa, oktyabrdakı parlament seçkilərinə kimi prezident kürsüsünü itirməsə, yaxşıdır”.

Politoloq vurğulayıb ki, ukraynalı diplomat yanılmır: “Ukrayna cəmiyyəti hansısa siyasətçiyə inanaraq onu bəh-bəhlə hakimiyyətin yuraxı kürsüsündə otuzdurur, ancaq qısa müddətdə də ondan üz çevirərək yerin dibinə vurur. Bu, həm Ukraynadakı demokratiyanın səviyyəsini, həm də insanların dəyişkən ruhunu göstərir. Mən də o fikirdəyəm ki, mövcud siyasətçilərdən bezən ukraynalılar çaşıb şoumeni prezident seçsə, az sonra ondan üz döndərəcəklər və 5-6 ay sonra Zelenskinin reytinqi sıfırlanacaq”.

Tarix
2019.03.21 / 16:54
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla