Yuxarı

Qərbi azərbaycanlıların lideri kimdir? – Sensasion açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir həftədir Əli İnsanov cənab Prezident İlham Əliyevin humanist sərəncamı ilə azadlığa çıxıb, ancaq hələ də Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etməyib. Bu faktın özü onun hansı əxlaq sahibi olduğunu nümayiş etdirir. İnsanovun üzərində Heydər Əliyevin böyük haqqı var. Heydər Əliyevə qədər İnsanov kim idi ki?!

Bu fikirləri Axar.az-a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı əfv edilən keçmiş səhiyyə haziri Əli İnsanovun iddiaları ilə bağlı açıqlamasına münasibətində deyib. N.Orduxanlı bildirib ki, Ə.İnsanov komandasına, partiyasına və liderinə xəyanətin cəzasını alıb:

“Kimlərsə guya ki, Əli İnsanovu qərbi azərbaycanlıların lideri kimi təqdim etməyə çalışır. Mən özüm də əslən Qərbi Azərbaycandanam. Əli İnsanov hansı keyfiyyətlərinə, hansı dəyərlərinə görə bizim liderimiz olmalıdır? Vaxtilə Heydər Əliyev Qərbi Azərbaycandan olan ağsaqqallarla görüşmək, onların problemləri ilə bağlı məsələləri dinləmək və onu prezidentə vaxtlı-vaxtında çatdırmaq üçün Əli İnsanova göstəriş vermişdi. Əli İnsanov da tapşırılanı edirdi. O kimdir ki, bizim liderimiz olsun? Bütün Azərbaycan xalqının, o cümlədən qərbi azərbaycanlıların lideri hər zaman Heydər Əliyev olub, hazırda isə liderimiz Heydər Əliyev siyasətini davam etdirən İlham Əliyevdir”.

N.Orduxanlı deyib ki, bəzi adını ziyalı qoyan şəxslər İnsanovdan pul qopartmaq üçün düşüblər ortalığa, qərbi azərbaycanlı faktorunu qabardırlar:

“Abşeron rayounun Mehdiabad qəsəbəsində təxminən 40 mindən çox əhali yaşayır. Bu əhalinin 90%-i Qərbi Azərbaycan kökənlidir. Mən də qərbi azərbaycanlıyam və bu qəsəbədə anadan olmuşam. Son 20 ildə 4 dəfə Mehdiabad qəsəbəsindən bələdiyyə üzvü seçilmişəm. Yəni uzun illərdir siyasətdə məşğul olduğumdan, əhali ilə sıx təmaslarım var. Bu gün tam məsluyyətimlə deyirəm: Əli İnsanov Mehdiabad qəsəbəsindən bələdiyyə üzvülüyünə səs toplayacaq səviyyədə deyil. İnsanov istəyirsə, bu il bələdiyəyə namizədliyini verib, özü “reytinqini” yoxlaya bilər. Əli İnsanov səhiyyə naziri işləyəndə Mehdiabad qəsəbəsinin poliknikası biabırçı vəziyyətdə idi, otaqlarda suçovullar gəzişirdi. Qərbi azərbaycanlıların “lideri” niyə Qərbi Azərbaycandan olan 40 minə yaxın əhalinin məskunlaşdığı qəsəbəyə bircə dəfə gəlib, poliklinikanın vəziyyəti ilə tanış olmamışdı? İnsanov vəzifədən çıxarılandan sonra cənab Prezident İlham Əliyev Mehdiabad qəsəbəsində əhali ilə görüş keçirdi. O görüşdə şəxsən iştirak etmişəm. Sakinlər Prezidentdən xahiş etdi ki, yeni poliknika tikilsin. Prezidentin göstərişi ilə bir gün sonra indiki Səhiyyə naziri Oqtay Şirəliyev qəsəbəyə gəldi. Və qısa müddətdən sonra ikimərtəbəli, ən müasir ambulator müəssisə tikildi və Səhiyyə Nazirliyi oranı ən müasir avadanlıqlarla təchiz etdi”.

Niyaməddin Orduxanlının sözlərinə görə, qərbi azərbaycanlıların nüfuzlu şəxslərindən kiminsə Əli İnsanovun müdafiəsinə qoşulduğunun şahidi olmayıb:

”O həbs olunanda da bir nəfər nüfuzlu qərbi azərbaycanlı görmədik ki, İnsanovun müdafiəsinə qoşulsun. Onun necə korrupsioner olduğunu və ancaq özünü düşündüyünü çox yaxşı bilirik. Onun müdafiəsinə Elşad Musayevdən başqa kim qoşulub? Musayev də bir zamanlar Etibar Məmmədovun yanında idi, sonra İsgəndər Həmidovun yanına getdi, indi də İnsanovun yanında durub. İnsanov cəmiyyətdə həm də kobud və özündən müştəbeh biri kimi qəbul edilir. Nazir olanda jurnalistləri və tabeçiliyində olan adamları ən ağır söyüşlərlə təhqir edirdi. “Azadlıq” radiosu Əli İnsanovla bağlı ictimai fikri öyrənib. Baxa bilərsiniz, cavab verənlərin 99%-i Əli İnsanovu korrupsioner, rüşvətxor, kobud, söyüş söyən nazir kimi xarakterizə ediblər və onu heç zaman xalqı düşünməyən biri adlandırıblar” (“Azadlıq” radiosunun sorğusu yazıya əlavə edilir – red.)

BAXCP sədrinin müavini bildirib ki, İnsanovun azad olunmasında ABŞ-ın heç bir rolu olmayıb:

“İlham Əliyev prezidentliyi dövründə dəfələrlə sübut edib ki, ona təzyiq etmək və yaxud xaricdən hər hansı “göstəriş” vermək mümkün deyil. Yəni Prezident İlham Əliyev yalnız xalqın dəyərlərinə uyğun, xalqın rifahı üçün, humanizm prinsiplərini rəhbər tutaraq addımlar atır. Baxın, bu adam öz-özünü təkzib edir. Deyir, fikirləşirdim ki, ömrümün sonuna qədər həbsxanada qalacam. İki dəqiqədən sonra isə deyir ki, məni böyük Amerika azad etdi. Deməli, özü də bilmədən etiraf edir ki, ABŞ-ın heç bir rolu olmayıb. Adama deyərlər ki, bəs 14 ildə harada idi ABŞ?!

Hətta bu insanın siyasi mədəniyyəti çatmadı ki, onu müdafiə edən şəxslərə təşəkkür etsin”.

N.Orduxanlı sonda qeyd edib ki, korrupsionerin korrupsiya əleyhinə şüarla “siyasi kampaniya” aparması fiaskodur:

“Deyəsən, Əli İnsanov həbs edildikdən sonra evindən çıxan külçə qızıllar, milyonlarla dollarların efirdə göstərilməsindən xəbərsizdir. Amma xalq o kadrları yaddan çıxarmayıb. Ehtiyac olarsa, AzTV məxsusi olaraq Əli İnsanovun villalarından çıxan külli miqdarda qızıl-zinət əşyaları, külçə qızıllar, üst-üstə qalaqlanmış dollarları təkrar nümayiş etdirə bilər. Nazir olduğu müddətdə bütün villalarını bu qədər sərvətlə dolduran korrupsioner biri hansı siyasi iddiaya düşə bilər?”

Tarix
2019.03.22 / 20:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla