Yuxarı

Bakı-Nursultan münasibətləri necə olacaq? - Yeni dönəm

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın yeni Prezidenti Qasım-Comart Tokayev təcrübəli mütəxəssisdir və uzun illər Qazaxıstan diplomatiyasında aparıcı rol oynayıb.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Tokayevin diplomatik təcrübəsi hazırda Qazaxıstan üçün çox önəmlidir:

“1990-cı illərin əvvələrində Tokayev xarici işlər naziri olarkən Azərbaycan-Qazaxıstan münasibətlərinin bünövrəsinin qoyulmasında bilavasitə iştirak edib. Düşünürəm ki, o, bu təcrübəsindən kifayət qədər yararlanacaq. Bu mənada Qazaxıstanın xarici siyasət kursu dəyişməz olaraq qalacaq”.

Politoloq qeyd edib ki, Nazarbayev də siyasətdən uzaqlaşmayacaq, Təhlükəsizlik Şurası sədri kimi həm daxili, həm də xarici siyasi kursu müəyyən edəcək və ölkədə gedən proseslərə nəzarət edəcək.

İ.Vəlizadənin sözlərinə görə, hazırda Qazaxıstanda hakimiyyət tranziti davam etsə də, bir neçə ildən sonra vəziyyət dəyişə bilər:

“Qazaxıstanın hazırkı prezidenti Tokayev bu vəzifədə 2020-ci ilə qədər qalacaq. 2020-ci ildə Qazaxıstanda növbəti prezident seçkiləri keçiriləcək. Seçkilərdə iştirak edəcək namizədlərdən və onların şansından çox şey asılı olacaq. Bu mənada Tokayevin 2020-ci ildən sonra da Qazaxıstanın prezident olacağını birmənalı söyləmək çətindir”.

Qeyd edək ki, martın 19-da Nursultan Nazarbayevin istefasından sonra prezident səlahiyyətlərinin icrası Senatın sədri Tokayeva keçib.

Tarix
2019.03.23 / 16:46
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla