Yuxarı

Ukraynada prezidentliyə namizəd niyə Moskvaya getdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın məqsədi bu yolla Ukraynanın hazırkı hakimiyyətini cəzalandırmaqdır.

Axar.az xəbər verir bu sözləri Ukraynada prezidentliyə namizəd Yuri Boykonun seçkiyə bir həftə qalmış Moskvaya gedərək Rusiyanın Baş naziri Dmitri Medvedyev və “Qazprom” şirkətinin rəhbəri Aleksey Millerlə görüşünü şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi qeyd edib ki, görüşün məqsədi kimi Rusiya qazının Ukraynadan tranzitinin davam etdirilməsinin təminatı göstərilib:

“Məsələ burasındadır ki, iki ölkə arasında qazın tranziti ilə bağlı saziş bu il bitir. Rusiya Avropaya qazı Şimal və Qara dənizin dibi ilə çatdırmağa başlasa, Ukraynadan tranzitə ehtiyacı qalmayacaq. Moskvanın məqsədi bu yolla Ukraynanın hazırki hakimiyyətini cəzalandırmaqdır. Boyko Rusiyanın baş naziri ilə görüşdə deyib ki, rus qazının tranziti Ukraynaya illik 3 milyard dollar gəlir gətirir, ayrıca, Ukrayna da bu qazdan tələbatını ödəmək üçün istifadə edir. Boyko iki ölkə arasında ticarət mübadiləsini artırmağı da lazım bilib. Ukraynalı siyasətçi və prezidentliyə namizəd torpaqlarını ilhaq edən və separatçılara dəstək verən ölkəyə səfər edərək əməkdaşlığın inkişafı perspektivlərindən danışır. Çox qəribə mənzərədir, ancaq Ukraynada bu mümkündür, çünki ölkə əhalisinin bir hissəsi hələ də Rusiyaya boylanır. Yuri Boyko prezident seçilməyəcək, reytinqi yüksək deyil”.

Politoloq buna baxmayaraq, Kremlin Boykonu Moskvaya dəvət edib danışıqlar aparmasının səbəblərinə də aydınlıq gətirib:

“Birincisi, Moskva Boyko ilə danışıqlar əsasında Ukrayna cəmiyyətinə mesaj göndərir ki, əgər bizim namizədi prezident seçsəniz, ucuz qaz da satacağıq, tranzit də davam edəcək, 3 milyard dollar itkiniz olmayacaq. Əks halda hamısını itirəcəksiniz. İkincisi, Moskva da bilir ki, Bokyo prezident seçkisinin ikinci turuna keçməyəcək. Buna baxmayaraq, Ukraynanın şərqində və mərkəzindəki elektoratın bir hissəsi Boykoya səs verəcək. Kreml Ukraynada prezident kürsüsünə öz adamını otuzdura bilməsə də, oktyabrda keçiriləcək parlament seçkilərində Rusiya ilə yaxınlığa təfərdar çıxan daha çox siyasətçini Ali Radaya üzv etdirməyə çalışacaq. Boykonun Moskva səfəri bu siyasətin indidən formalaşdırılmağa başladığının işarəsidir”.

Tarix
2019.03.23 / 16:12
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla