Yuxarı

İmamquliyev icra başçısı vəzifəsinə namizəd oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın müxalif Avropalı Gürcüstan Partiyası Marneuli rayonunun icra başçısı vəzifəsinə Əhməd İmamquliyevin namizədliyini irəli sürüb.

Report xəbər verir ki, Ə.İmamquliyevin namizədliyini partiya lideri David Bakradze Marneulidə yerli ictimaiyyətə təqdim edib.

O, ilk olaraq Marneuli sakinlərini Novruz bayramı münasibətilə təbrik edib, əmin-amanlıq və uğurlar arzu edib.

D.Bakradze Ə.İmamquliyevin Marneuli rayon icra başçısı vəzifəsinə ən layiqli namizəd olduğunu bildirib: "Əhməd İmamquliyev vicdanlı insandır və ona inanmaq olar. Seçkilərdə iştirakımızın əsas məqsədi qələbədir. Hər bir seçki daha yaxşı yaşayışa nail olmaq üçün şansdır və biz bu şansdan istifadə etməliyik. Bunun üçün Marneulidəki namizədimiz qələbə üçün və daha yaxşı həyat üçün mübarizə aparacaq”.

Ə.İmamquliyev partiya rəhbərliyinə ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. O deyib ki, Marneuli rayonunun icra başçısı seçiləcəyi təqdirdə əmək haqqının 50%-ni xüsusi fonda köçürəcək və həmin məbləğ tələbələr üçün sərf olunacaq.

Tədbirdə Avropalı Gürcüstan Partiyasının digər lideri Gigi Uqulava da iştirak edib. O, Ə.İmamquliyevə seçkilərdə uğurlar arzu edib.

Qeyd edək ki, Marneulidə icra başçısı vəzifəsinə aralıq seçkilər bu ilin mayında keçiriləcək.

Tarix
2019.03.24 / 19:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla