Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Aprel 2019


Mail Yaqub Hamlet İsaxanlını darmadağın etdi: Allahsız...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

01:23

Axar.az fəlsəfə doktoru Mail Yaqubun son baş verənlərlə bağlı yazısını təqdim edir:

Alber Kamyunun "Yad" əsərində möhtəşəm bir fraza var. Müstəntiq qatili sorğu-suala çəkir (Qısa məzmununu yazıram):

- O adamı öldürəndə son dəfə onun gözlərinə baxdınmı?

- Baxdım.

- Ona yazığın gəlmədi?

- Yox.

- Heç yazığın gəlmədi?

- Yox.

- Sən Allaha inanmırsan?

- Yox.

- Sən necə insansan! Mən bu günə qədər sənin kimi mərhəmətsiz cani görməmişdim.

Nihilizm fəlsəfəsini bundan gözəl təsvir etmək olmaz. Böyük Kamyu demək istəyir ki, allahsızın (nihilistin) mərhəməti olmaz. Soruşuram, allahsız insan vicdan, namus, qeyrət məfhumlarına necə baxır? Qəbul edirmi? Xeyr!

Hamlet İsaxanlı allahsızdır. O, bunu 2011-ci ildə, 4 nəfərlik xüsusi bir məclisdə özü etiraf etmişdi.

Keçək mətləbə. 2008-ci ildə 2 saatlıq gərgin fəlsəfi müsahibədən sonra Xəzər Universitetində "Müasir Avropa fəlsəfəsi" fənnini tədris etməyə başladım. 2013-cü ildə Hamlet İsaxanlı ÖZ TƏKLİFİ İLƏ məni "Fəlsəfə və Sosiologiya" kafedrasının müdiri təyin etdi - 500 manat maaşla. 2015-ci ilin noyabr ayında Hamlet İsaxanlı tərəfindən rektor kimi təyin edilən Hasan Niknafs adlı bir iranlı iclasa gecikdiyim üçün bütün həmkarlarımın yanında məni iclasdan məcburi şəkildə çıxartdı. Heç kim etiraz etmədi. Mən də hörmətsizlik etmədən iclasdan çıxdım və xaricdə səfərdə olan Hamlet İsaxanlını gözlədim. Səfərdən qayıtdıqdan dərhal sonra qəbuluna getdim və təhqir olunduğumu ona dedim. Mənə dedi:

- Gərək iclasdan çıxmayaydın. Get, Hasan Niknafsa (təyin edilmiş rektor) de ki, səndən ÜZR İSTƏSİN.

Getdim, rektora bu sözü dedim. Durdu, üzümə baxdı və mən otağı tərk edib “Xəzər”in maliyyə (və bütün digər məsələlər üzrə) məsul şəxsi İsaxan İsaxanlının yanına getdim və kafedra müdirliyindən çıxmaq istədiyimi bildirdim. Dedim ki, mən Hasan Niknafsin sədrliyi ilə təşkil olunan iclaslarda iştirak etmək istəmirəm. O, qalmağıma israr etdi, mən qəbul etmədim və vəzifəmi tərk etdim.

Prorektor Məhəmməd Nuriyev məni otağına çağırdı və dedi:

- Tam ştatdan çıxırsansa, heç olmasa, yarım ştatda qal.

Qəbul etdim və etiraz edib, Xəzər Universitetini tərk edənə qədər yarım ştatda idim.

Artıq səbr kasam doldu. Özümü təhqir olunmuş hiss etdim. Təsəvvür edin, 80 tələbənin hər biri TƏKCƏ MƏNİM DƏRSİMƏ 400 manat universitetə pul ödəyib. Və 32 min manat puldan 4 ay ərzində mənə cəmi 640 manat pul çatacaq.

Bu dəfə dözə bilmədim, həftənin 2-ci günü (həmin gün dərsim vardı) yeni rektor İradə Xəlilovanın qəbuluna getdim və yarım ştat üçün 800 manat əmək haqqı tələb etdim. Dedim ki, 2 qrupa dərs deməyə hazıram bu məbləğ qarşılığında. İradə xanım mənə təskinlik verərək məsələni araşdıracağına söz verdi. Ertəsi gün mənə zəng etdi:

- Mail müəllim, mən danışdım, dedilər ki, biz bundan artıq verə bilmərik.

Siz Azərbaycanın lider universitetinin rəhbərliyinin 11 il müddətində 4 mindən artıq tələbəyə vicdanla-sədaqətlə xidmət edən, ayda ən azı 2 televiziya verlişində “Xəzər”in adını yüksək səviyyədə təbliğ edən bir müəlliminə sərgilədiyi münasibətinə baxın. Heç olmasa, məni görüşə də dəvət etmədilər və şifahi şəkildə "İstəmirsə, gedə bilər" dedilər.

Bu sayğısızlıq məni əməlli-başlı sarsıtdı. Özümü istifadə edilmiş dəyərsiz bir insan kimi hiss etdim. 2 gün sonra, həftənin 5-ci günü "Fəlsəfə və Siyasi elmlər" kafedrasının müdiri Elmar müəllim mənə zəng vurdu və 1-ci gün mənimlə görüşmək istədiyini dedi.

1-ci gün Elmar müəllimin qəbuluna getdim və məsələni izah etdim. Elmar müəllim məni dinlədi və HAQLI OLDUĞUMU dedi. Mənə dedi ki, Hamlet İsaxanlı bu gün xarici səfərdən qayıdıb. Sabah günortaya qədər mütləq mən onunla danışıb, səni məlumatlandıracağam.

Həmin satus bir çox saytlar tərəfindən (məndən xəbərsiz) dərc edildi. Jurnalistlərdən biri məndən soruşdu: Sizcə, hər il tələbələrdən yığılan milyonlarla pul hara xərclənir? Dedim, bu yaxınlarda Hamlet İsaxanlı böyük bir otelin açılışını etdi.

Vəssalam.

Ertəsi gün “Xəzər”dən mənim etirazıma cavab gəlir:

* O adam əxlaqsız idi.

* O adam cəhaləti təbliğ edirdi.

* O adam ingilis dilində dərs demirdi deyə, ona az maaş verirdik.

* O adam özünü yaxşı aparmırdı deyə, BİZ ONU KAFEDRA MÜDİRLİYİNDƏN XARİC ETDİK. Və sair.

Məsələ gün kimi aydın idi - şər-böhtan.

Mənə bu günlər ərzində dəstək verən dostlarıma, əzizlərimə, canım qədər sevdiyim tələbələrimə sonsuz minnətdarlığımı bildirirəm, onların böyüklüyünün qarşısında baş əyirəm. Və qəlbində mənimlə bir olan, lakin işini itirəcəyindən qorxan müəllim həmkarlarımdan da incikliyim yoxdu. Mən onların hamısını çox istəyirəm.

Hə, bir söz yadıma düşdü:

Hamlet İsaxanlı, danışanda təkcə özünüzü düşünməyin! “Xəzər” təkcə sizin deyil, “Xəzər” həm də oranın çiçək tələbələrinin, fədakar müəllimlərinindir. “Xəzər”in müəlliminə şər-böhtan atmaq həm də bu şərəfli universitetdə çalışan və təhsil alan minlərlə insanın heysiyyətinə toxunmaqdır.

Allahınız olsun!

Tarix
2019.03.26 / 10:07
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Makronun “soyqırım" qərarına fransızlardan - Etiraz

Qaz limiti ləğv edilər bilər – İqtisadçı təhlili

Haftarın Türkiyəyə xəyanətinin - Pərdəarxası

Zelenskini Rusiya seçdirib? - Politoloq

Prezident və prezidentliklə bağlı Mənsimovun - Cavabı

Əli Kərimlinin mədə təfəkkürü

Şoudan prezidentliyə: Zelenski necə məşhurlaşdı? – Həyatı

Paşinyan məsuliyyəti boynundan atdı: Qarabağ problemi...

Azərbaycanda bu şəhərin 28 ildir başçısı yoxdur

Kür çayında suyun səviyyəsi ilə bağlı son durum

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla