Yuxarı

Fransa mətbuatı Mehriban Əliyevanın Paris səfərindən yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın https://luxus-plus.com portalında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu ölkəyə səfəri ilə bağlı “Fransa-Azərbaycan: uzun tarixi, iqtisadi əməkdaşlıq” adlı məqalə dərc olunub.

Axar.az xəbər verir ki, məqalədə Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfəri çərçivəsində iki ölkə arasında tərəfdaşlıq məsələlərinin müzakirə olunmasından yazılıb. Ölkəmizin iqtisadi və digər sahələrdə böyük potensiala malik olduğu vurğulanıb.

“Qafqazın güclü iqtisadi gücə malik ölkəsi olan Azərbaycanla siyasi, iqtisadi və mədəniyyət münasibətlərindən necə yan keçmək olar? Fransa yaxşı anlayır ki, dünyanın stabil və regional aparıcı ölkələrinə ehtiyacı var. Buna görə də bu gün güclü iqtisadi inkişafı olan ölkələrlə ikitərəfli münasibətləri təşviq etmək zəruridir”, - deyə jurnalist Elen Kuqo diqqətə çatdırıb.

Məqalədə qeyd edilir ki, əlverişli coğrafi mövqeyinə görə Azərbaycan əsas regional mərkəzdir və əsas marağı möhkəm iqtisadiyyata malik olmaqdır.

“Azərbaycan inkişafda olan güclü ölkədir”, - deyə ölkəmizi təqdim edən jurnalist son 20 ildə ölkəmizin yalnız karbohidrogen ehtiyatlarına güvənməyərək iqtisadiyyatın bütün sektorlarını şaxələndirdiyini diqqətə çatdırıb.

Ölkəmizin kənd təsərrüfatının inkişafından söz açılaraq bir çox yerli məhsulların ABŞ-dan tutmuş Yeni Zelandiyaya qədər dünyanın müxtəlif ölkələrinə ixrac edildiyi vurğulanıb. Azərbaycan şərablarının məşhur olmasından yazılıb.

Eyni zamanda, ölkəmizin ağır sənaye, logistika, ticarət, maliyyə xidmətləri, informasiya texnologiyaları kimi sahələrində inkişafından danışılıb.

Azərbaycanın dünya iqtisadi rəqabətlilik baxımından 37-ci yerdə qərarlaşdığı qeyd edilib. Ölkəmizin strateji geosiyasi məkanda yerləşdiyi, işsizliyin həcminin aşağı olduğu, bütün nəqliyyat növləri üzrə infrastrukturun genişləndirildiyi vurğulanıb. Böyük İpək Yolunun Bakı üçün keçmiş deyil, gələcək olduğu bildirilib.

Məqalədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa səfərindən və bu ölkənin rəsmi şəxsləri ilə görüşlərindən bəhs olunub. Qeyd edilib ki, görüşlərdə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı məsələləri müzakirə edilib.

Azərbaycanın Birinci vitse-prezidentinin səfər çərçivəsində görüşdüyü fransız müəssisələrinin nümayəndələri görüşlərin məhsuldar olduğunu, iqtisadi əməkdaşlıq üçün böyük perspektivlərin mövcudluğunu xüsusi qeyd ediblər.

Qafqaz regionunda Azərbaycanın Fransanın birinci iqtisadi tərəfdaşı olduğu vurğulanıb.

Qeyd edək ki, iqtisadiyyat üzrə ixtisaslaşmış “Luxus-Plus” portalının eyni adlı jurnalı da dərc olunur.

Tarix
2019.03.26 / 17:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla