Yuxarı

Ərdoğan İlham Əliyevi G20 sammitinə dəvət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan İlham Əliyevi G20 sammitinə dəvət etdi

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

AzərTAc xəbər verir ki, dövlət başçısı Türkiyənin qarşıdakı ildə G20-yə sədrliyi münasibətilə Rəcəb Tayyib Ərdoğana təbriklərini çatdırıb, bunu Türkiyənin beynəlxalq aləmdə artan rolunun və nüfuzunun göstəricisi kimi qiymətləndirib. Prezident İlham Əliyev Azərbaycanın qarşıdakı ildə qurumun bütün tədbirlərinə, o cümlədən 2015-ci ilin noyabrında Antalyada keçiriləcək zirvə toplantısına dəvətə görə minnətdarlığını bildirib və bu tədbirin ən yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycanın bu qurumun toplantılarına və zirvə görüşünə dəvət olunması bir daha ölkələrimizin bir-birinə nə qədər yaxın olduğunu nümayiş etdirir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan minnətdarlığa görə təşəkkürünü bildirib, sürətli iqtisadi inkişafa nail olmuş Azərbaycanın bu qurumun işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı dövlət başçıları ikitərəfli əlaqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı məsələləri müzakirə edib, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Tarix
2014.12.01 / 15:47
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Təşəbbüs Ukraynada idi, lakin Zelenskinin Trampla görüşü...

Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə... – Rəsmi Bakı

Əliyevin Ağ Evdə Azərbaycan adına yazdığı daha bir tarix

Tarixi Vaşinqton görüşündən bir il ötür

ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?

Anar Bayramov direktor müavinini işdən çıxartdı

“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi

"Expressbank"ın kredit reytinqi növbəti dəfə təsdiqləndi

Məkkədə tarixi imza: Pul, PUA və atom bombası birləşir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla